. Love.az

Sarihacalli - Wikipedia - Love.az

Ana Səhifə - Sarihacalli

Sarıhacallı — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd.

Sarıhacallı
40°50′08″ şm. e. 47°39′41″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qəbələ
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Sarıhacallı xəritədə
Sarıhacallı
Sarıhacallı

Mündəricat

  • 1 Coğrafiyası
  • 2 Toponimikası
  • 3 Əhalisi
  • 4 Həmçinin bax
  • 5 Xarici keçidlər
  • 6 İstinadlar

Coğrafiyası

redaktə

Sarıhacallı kiçik kəndlərdən biridir. Bir vaxtlar bu ərazidə yaşayanların şəraiti elə ağır olub ki, nəticədə buranı tərk etmək məcburiyyəti ilə üzləşiblər. Ona görə də əhalinin sayı get-gedə aşağı düşüb. Hazırda burada artezian quyusu qazılıb, yolu təmir edilib, yaşayışın öz axarına düşməsi üçün ciddi işlər görüldüyündən kənddə artım hiss olunur. Həm əhalinin sayında, həm də dolanışığında irəliləyiş var.[1] İndi camaat təsərrüfatlarını genişləndirə bilir, suyu olduğundan əkin-biçinə marağı da güclənib. Məktəb yaşlı uşaqların sayı çoxaldıqdan sonra kənddə məktəb tikintisinə də başlanacaq. Hələlik isə qonşu Dızaxlı kəndində, orta məktədə təhsil almaq imkanları var.[1]

Toponimikası

redaktə
  • Sarıhacılı oyk., sadə.
  • Ağdam r-nunun Seyidli i.ə.v.-də kənd. Qarabağ düzündədir;
  • Qəbələ r-nunun Zalam i.ə.v.-də kənd. Ərəş düzündədir. Sanhacıllı, Sanhacalılı variantlarında da qeydə alınmışdır. Oykonim sarı-hacılı nəslinin adını əks etdirir.[2]

Əhalisi

redaktə
  • 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 89 nəfər əhali yaşayır.[3]

Həmçinin bax

redaktə
  • Qəbələ rayonu

Xarici keçidlər

redaktə
  • İnzibati Ərazi Vahidləri Arxivləşdirilib 2017-07-29 at the Wayback Machine

İstinadlar

redaktə
  1. ↑ 1 2 Şəlalə Məhyəddinqızı, "Qəbələ Qafqazın incisi", Bakı, "Oğuz Eli", 2009.
  2. ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  3. ↑ Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Qəbələ rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sarıhacallı&oldid=8003521"
LOVE.AZ