. Love.az

Satur Agayan - Wikipedia - Love.az

Ana Səhifə - Satur Agayan

Satur Pavloviç Ağayan (erm. Ծատուր Պավելի Աղայան; 12 yanvar 1912[1], Zəylik, Yelizavetpol qəzası[2] – 3 dekabr 1982[1], İrəvan) — erməni sovet tarixçisi, pedaqoq, tarix elmləri doktoru (1948), professor (1950). Ermənistan SSR EA-nın həqiqi üzvü (1963).

Satur Ağayan
erm. Ծատուր Պավելի Աղայան
Doğum tarixi 12 yanvar 1912(1912-01-12)[1]
Doğum yeri
  • Zəylik, Yelizavetpol qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası[2]
Vəfat tarixi 3 dekabr 1982(1982-12-03)[1] (70 yaşında)
Vəfat yeri
  • İrəvan, Ermənistan SSR, SSRİ
Dəfn yeri
  • Toxmaq qəbiristanlığı[d]
Elm sahəsi tarix
Elmi dərəcəsi
  • tarix elmləri doktoru (1948)[2][1]
Elmi adı
  • professor[d][2]
İş yerləri
  • Azərbaycan Dövlət Universiteti (1941–1948)[2],
  • Ermənistan Dövlət Pedaqoji Universiteti[2],
  • İrəvan Dövlət Universiteti[2],
  • Ermənistan Kommunist (bolşeviklər) Partiyası[2]
Təhsili
  • Moskva Tarix, Fəlsəfə və Ədəbiyyat İnstitutu[d] (–1937)[2],
  • Ermənistan Dövlət Pedaqoji Universiteti
Üzvlüyü
  • Ermənistan Milli Elmlər Akademiyası (1950–)[2][1]
Mükafatları "Qırmızı əmək bayrağı" ordeni "Şərəf nişanı" ordeni "Əmək igidliyinə görə" medalı "Kiril və Mefodi" ordeni (Bolqarıstan Xalq Respublikası)

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Əlavə ədəbiyyat
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Satur Pavloviç Ağayan 12 yanvar 1912-ci ildə Rusiya imperiyasına bağlı Yelizavetpol quberniyasının Zəylik kəndində (indiki Daşkəsən) anadan olmuşdur. O, 1941–1948-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunun baş elmi işçisi, Vladimir Lenin adına APİ-nin prorektoru, Kirov adına ADU-nun dosenti olmuşdur. O1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Ağayan Ermənistan SSR Elmlər Akademiyası Tarix İnstitutunda şöbə müdiri, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Marksizm-Leninizm İnstitutu (MLİ) Ermənistan filialı direktorunun müavini (1948–1951), Ermənistan KP MK elm və mədəniyyət şöbəsinin müdiri (1951–1954), Ermənistan SSR Tarix İnstitutu direktorunun müavini, İrəvan Universitetinin professoru (1954–1961), MLİ Ermənistan filialının direktoru (1961–1968) kimi işləmişdir. O, 1968-ci ildən Ermənistan SSR Elmlər Akademiyasının akademiki, Ermənistan SSR Elmlər Akademiyasının ictimai elmlər bölməsinin akademik-katibi olmuşdur. Əsas tədqiqat sahələri: Cənubi Qafqazda inqilabi hərəkat tarixi, XIX əsrdə aqrar münasibətlər, Cənubi Qafqaz xalqlarının dostluğu.[3] Satur Pavloviç Ağayan 3 dekabr 1982-ci ildə İrəvan şəhərində vəfat etmişdir.

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 6 Հայկական համառոտ հանրագիտարան (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1. S. 123.
  2. ↑ 1 2 3 4 5 6 7 8 9 10 Հայկական սովետական հանրագիտարան (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 2000.
  3. ↑ Ағајан Сатур Павлович // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 95–96.

Əlavə ədəbiyyat

redaktə
  • Большая советская энциклопедия. — М.: Советская энциклопедия. 1969–1978.

Xarici keçidlər

redaktə
  • Агаян Цатур Павлович
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Satur_Ağayan&oldid=6756984"
LOVE.AZ