. Love.az

Savoyyali Mariya Tereza Parma Hersoginyasi - Wikipedia - Love.az

Ana Səhifə - Savoyyali Mariya Tereza Parma Hersoginyasi

Savoyyalı Mariya Tereza (it. Maria Teresa di Savoia; 19 sentyabr 1803[1][2], Roma – 16 iyul 1879[1][2], Lukka, Toskana) — Savoyya hersoqu I Viktor Emmanuilin qızı, Lukka və Parma hersoginyası.

Savoyyalı Mariya Tereza
it. Maria Teresa di Savoia
Parma hersoginyası
17 dekabr 1847 – 17 may 1849
ƏvvəlkiAvstriyalı Mariya Amaliya
SonrakıArtualı Luiza
Lukka hersoginyası
13 mart 1824 – 17 dekabr 1847
Şəxsi məlumatlar
Doğum adı Maria Teresa Ferdinanda Felicita Gaetana Pia[3]
Doğum tarixi 19 sentyabr 1803(1803-09-19)[1][2]
Doğum yeri
  • Roma, Papa dövləti
Vəfat tarixi 16 iyul 1879(1879-07-16)[1][2] (75 yaşında)
Vəfat yeri
  • Lukka, Lukka əyaləti[d], Toskana, İtaliya
Vəfat səbəbi ateroskleroz[d]
Dəfn yeri
  • Kampo Verano[d]
Fəaliyyəti əsilzadə
Atası I Viktor Emanuel
Həyat yoldaşı
  • II Karl (Parma hersoqu) (1820–)
Uşaqları
  • III Karl
Ailəsi Savoyya sülaləsi
Dini Roma-Katolik kilsəsi
Təltifləri Order of Queen Maria Luisa (İspaniya)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1803-cü ildə Romada əkiz bacısı Mariya Anna ilə birlikdə dünyaya gəldi. Atası Savoyya hersoqu I Viktor Emmanuil, anası isə Müqəddəs Roma imperatoru I Fransiskin nəvəsi Mariya Terezadır. Əkiz bacılar papa VII Piy tərəfindən vəftiz edildi. Uşaqlığının böyük qismi ailəsinin Napoleon müharibələri səbəbilə qaçıb sığındığı Sardiniya adasının mərkəzi Kalyaridə keçdi. Atasının 1814-cü ildə hakimiyyətini bərpa etməsinin ardından digər ailə üzvləriylə birlikdə Turinə qayıtdı.

5 sentyabr 1820-ci ildə Lukkada Etruriya kralı I Lüdovikin oğlu Karl Lüdoviklə evləndirildi. Cütlüyün bu nigahdan 2 övladı doğulsa da, bunlardan biri uşaq yaşda vəfat etdi.

  • Luiza Françeska (1821-1823)
  • III Karl, Parma hersoqu

Ərinin 1824-cü ildə Lukka, 1847-ci ildə isə Parma hersoqluğuna sahiblənməsilə, Mariya Tereza da hersoginya ünvanına yüksəldi. Ərinin sayısız məşuqələriylə olan münasibətləri səbəbilə dinə yönələn Mariya Tereza əriylə yalnız rəsmi dəvətlər və səyahətlərdə birlikdə görünürdü. Nəhayət, 1840-cı ildə saray həyatından tamamilə ayrıldı və rahibələrin çoxluq təşkil etdiyi Pionere villasında yaşamağa başladı.

Öncə ərinin dövlət çevrilişiylə taxtdan endirilməsi, ardından taxta çıxan oğlu III Karlın sui-qəsdlə öldürülməsi hadisələrini kənardan izlədi. Xüsusilə də, 1854-cü ildə oğlunun öldürülməsindən sonra Viarecco şəhərində inzivaya çəkildi. 1879-cu ildə vəfat etdi və cənazəsi Romadakı Verano məzarlığına dəfn olundu.

Mənbə

redaktə

Ədəbiyyat

redaktə
  • Mateos Sainz de Medrano. Ricardo. Changing Thrones: Duke Carlo II of Parma. Published in Royalty History Digest, Vol 3, N 1. July 1993

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 Lundy D. R. Maria Teresa Ferdinanda di Savoia, Principessa di Savoia // The Peerage (ing.).
  2. ↑ 1 2 3 4 Ciferri E., autori vari Duchessa Di Lucca, Poi Duchessa Di Parma E Piacenza Maria Teresa Di Savoia // Dizionario Biografico degli Italiani (it.). 2008. Vol. 70.
  3. ↑ https://books.google.es/books?id=ephjAAAAcAAJ&dq=Almanacco%20di%20lucca&hl=es&pg=PA21#v=onepage&q&f=false.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Savoyyalı_Mariya_Tereza_(Parma_hersoginyası)&oldid=8135890"
LOVE.AZ