Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo, İllinoys) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur[1] 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb.
Sem Altman | |
---|---|
ing. Sam Altman | |
![]() | |
Doğum tarixi | 22 aprel 1985(1985-04-22) (40 yaş) |
Doğum yeri | |
Təhsili | |
Fəaliyyəti | iş adamı, proqramçı, sahibkar |
Fəaliyyət illəri | 2005-ci ildən |
![]() |
|
blog.samaltman.com | |
![]() |
Altman yəhudidir[2] və Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb.[3] Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi.[4] O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub.
2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub.[5]
2005-ci ildə, 19 yaşında olan Altman,[6] Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb.[7] Baş direktor olan Altman şirkət üçün 30 milyon dollardan çox vençur kapitalı topladı, lakin Loopt-a kifayət qədər istifadəçi cəlb edə bilmədi. Sosial şəbəkə 2012-ci ilin mart ayında Green Dot Corporation tərəfindən 43,4 milyon dollara satın alındı.[8] Növbəti ay Altman qardaşı Cek Altman ilə birlikdə Hydrazine Capital-ı təsis etdi.[9][10] Altman Loopt-da işlədiyi müddətdə sinqa xəstəliyinə tutulmuşdu.[11]
Altman 2014-cü ildə Reddit-in CEO-su Yişan Vonq istefa verdikdən sonra səkkiz gün Reddit-in baş direktoru olub.[12] O, 10 iyul 2015-ci ildə Stiv Hufmenin baş direktor vəzifəsinə qayıtdığını elan edib.[13]
OpenAI ilk əvvəl Altman, Qreq Brokman, İlon Mask, Cessika Livinqston, Piter Til, Microsoft, Amazon Web Services, Infosys və YC Research tərəfindən maliyyələşdirilib. OpenAI 2015-ci ildə fəaliyyətə başlayanda 1 milyard dollar investisiya toplamışdı.[14]
2019-cu ilin mart ayında Altman OpenAI-yə CEO olaraq diqqətini tam cəmləmək üçün Y Combinator-dan ayrıldı.[15][1] 2019-cu ilin yayına qədər Microsoft-dan 1 milyard dollar investisiya almağa kömək etdi.[16]
Altman 16 may 2023-cü ildə ABŞ Senatının Məxfilik, Texnologiya və Qanun üzrə Məhkəmə Alt Komitəsi qarşısında süni intellektə nəzarət məsələləri ilə bağlı ifadə verdi.[17]
17 noyabr 2023-cü ildə OpenAI-nin idarə heyəti Altmanı baş direktor vəzifəsindən uzaqlaşdırmaq qərarına gəldiyini açıqladı. İdarə Heyəti, Altmanın "ünsiyyətdə tutarlı səmimiyyətinin olmadığını" bildirdi.[18][19] The Verge bildirirdi ki, Altman vəzifədən uzaqlaşdırıldıqdan bir gün sonra idarə heyəti onu geri qaytarmaq üçün müzakirələr aparırdı.[20] Altman işdən çıxarılmazdan əvvəl investorlara yeni bir şirkət qurmağı planlaşdırdığını bildirdi.[20]