Semyon Moiseyeviç Ayzenşteyn (rus. Семён Моисеевич Айзенштейн; 13 (25) yanvar 1884[1], Kiyev – 3 sentyabr 1962) — Rusiya radiotexniki, yerli radioteleqrafiyanın qabaqcıllarından biri.
Semyon Ayzenşteyn | |
---|---|
ing. Simeon Aisenstein | |
![]() | |
Doğum adı | Семён Моисеевич Айзенштейн |
Doğum tarixi | 13 (25) yanvar 1884[1] |
Doğum yeri | |
Vəfat tarixi | 3 sentyabr 1962(1962-09-03) (78 yaşında) |
Təhsili | |
![]() |
Semyon Ayzenşteyn 25 yanvar 1884-cü ildə Rusiya imperiyasında, Kiyev şəhərində anadan olmuşdur. O, 1907-ci ildə Simsiz Teleqraflar və Telefonlar Cəmiyyətini yaratmış və ona rəhbərlik etmişdir. Ayzenşteyn burada Moskva və Çarski Seloda radiostansiyaların tikintisi üçün layihələr hazırlamış, 1914–1917-ci illərdə ilk yerli radio boruları və radio avadanlıqlarını yaratmışdır. O, 1912–1914-cü illərdə rusca ilk radiotexnika jurnalı olan "Vestnik teleqrafii bez provodı"nı nəşr etdirmişdir. Ayzenşteyn 1922-ci ildən İngiltərədə yaşamışdır.[2]
Vikianbarda Semyon Ayzenşteyn ilə əlaqəli mediafayllar var. |