. Love.az

Serbiya Valaxlari - Wikipedia - Love.az

Ana Səhifə - Serbiya Valaxlari

Serbiya valaxları (özlərini: Vlasi, Vlaxi/Rumını/Yumyi[2][3]; serb. Власи) — Serbiya ərazisində yayılmış milli azlıqlardan biri. Serbiya valaxları balkan-roman dil ailəsinə daxil olan Arumınlar, Melqenitlər, istrorumınlar, rumınlar və Moldovanlarla qohum xalqlardır. Əsasən Serbiya ərazisində yayılmışlar. Serbiyada 2011-ci ildə sayları 35 000 nəfər təşkil edirdi. Üstəlik onlar Bolqarıstanda da rastlanırlar. Hansı ki, sayları 10 500 nəfərdir.

Serbiya valaxları
Sayları və yaşadığı ərazilər
Dili Timoç dialekti[1], serb dili
Dini provaslav
İrqi Avropoid
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Bolqarıstan və Serbiya valaxlarının yayılma xəritəsi
Vlaxi — folklor qrupu

Serbiyada əsasən ölkənin şimal-şərqində və Voevodina ərazisində yayılmışlar. Əsasən provaslav mənsəbində etiqat edirlər. Müasir Tikoka valaxları orta əsrlərdə Valaxiya tarixi vilayətindən Dunayı keçərək Timok çayı rayonu ərazisinə gələrək məskən salmış valaxların törəmələridir. Onların əsas hissəsi Valaxiya və Moldova knyazlıqları ərazisindən Fanariot rejimi (1711-1811) dövründə boyarların özbaşınalıqlarından qaçan ən gücsüz və aztəminatlı sakinləri olmuşlar. Onlar öz vətənlərinin adı ilə «serane» olaraq adlandırılırlar. Dialektləri rumın dilinə bənzərliyi ilə seçilir.

Mündəricat

  • 1 Sayları
  • 2 Status
  • 3 Din
  • 4 Mənbə
  • 5 İstinadlar

Sayları

redaktə

Bəzi tətqiqatçılar Serbiya valaxlarını rumınlarla eyniləşdirir. 2011-ci ildə Serbiyada siyahıya alınmaya əsasən 35.330 insan özünü valax, 29.332 nəfər insan isə «rumın» adlandırmışdır. Özlərini Valax adlandıranların böyük qismi Serbiyanın şərqində, rumın adlandıranlar isə Voevodinada yayılmışdır.

Status

redaktə

Valaxlar Serbiyada bir milli azlıq olaraq qəbul edilir və onların muxtariyyat məsələləri ilə (ərazi muxtariyyatından başqa) müvafiq Milli Şura məşğul olur. Valaxların dili rumın dilinə yaxın olduğundan, bəziləri Serbiya xalaxlarını rumın etnosunun bir hissəsi hesab edir. Bununla belə valaxların böyük əksəriyyəti özlərini Rumıniya əlaqəli olmasını qəbul etmir.

Rumıniya valaxların Serbiyada rumın azlığı statusu almasına çalışır və onların Rumıniyada təhsil almaları üçün stipendiya ayırır və onların mədəni birlikləri və dini qurumlarını dəstəkləyir. Eyni zamanda Serbiya valaxları bir qrup olaraq Rumıniya vatandaşlığının alınmasında heç bir prioritetə malik deyildir. Rumıniya vətəndaşlığı etnik mənsubiyyətə əsasən deyil, yalnız keçmiş vətəndaşlıq əsasında verir. Beləliklə, Rumıniyanın heç bir hissəsi olmayan və əvvəllər Rumıniyanın vətəndaşlığı olmayan Serbiya valaxları onu almaq üçün heç bir səbəbə malik deyillər.

Din

redaktə

Serbiya Valaxları əsasən pravoslav xristianlarıdırlar. Etiqat edənıərin əksəriyyəti Serb pravoslav kilsəsinin davamçılarıdır.

XXI əsrin əvvəllərində valaxların yaşadığı ərazilərdə Rumın provaslav kilsəsinin dairəsi təşkil edilmişdir[4]

Mənbə

redaktə
  • Доклад о состоянии прав человека румын и влахов в Сербии  (ing.)

İstinadlar

redaktə
  1. ↑ "Serbia". 2016-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
  2. ↑ "Valaxlar deyir", 2011
  3. ↑ "Платформа влашке заједнице"[ölü keçid], 02.04.2012.
  4. ↑ "Веб-сайт протопопии "Dacia Ripensis" в составе Румынской Православной Церкви". 2017-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-09.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Serbiya_valaxları&oldid=8149438"
LOVE.AZ