. Love.az

Sevinc Huseynova - Wikipedia - Love.az

Ana Səhifə - Sevinc Huseynova

Sevinc Hüseynova (28 yanvar 1970, Slavyanka, Gədəbəy rayonu) — Azərbaycan Respublikası Milli Məclisinin IV, V, VI və VII[1] deputatı.

Sevinc Hüseynova
Şəxsi məlumatlar
Doğum tarixi 28 yanvar 1970(1970-01-28) (55 yaş)
Doğum yeri
  • Slavyanka, Gədəbəy rayonu, Azərbaycan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Saratov Dövlət Universiteti[d]
Fəaliyyəti siyasətçi

Təltifləri "Tərəqqi" medalı

Hayatı

redaktə

Sevinc Hüseynova 28 yanvar 1970-ci il tarixində Gədəbəy rayonunun Slavyanka kəndində anadan olmuşdur. Saratov Dövlət Universitetinin Tarix fakültəsini bitirmişdir.

1992–1994-cü illərdə Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsinin Gədəbəy rayon Torpaq şöbəsində inspektor, 1994–2006-cı illərdə Gədəbəy Rayon Gənclər və İdman İdarəsinin rəisi, 2006–2009-cu illərdə Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini-şöbə müdiri işləmişdir. 2009–2010-cu illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində baş məsləhətçi-kollegiyanın məsul katibi, Regionlar ilə iş və kadrlar şöbəsinin aparıcı məsləhətçisi vəzifələrində çalışmışdır.

Siyasi fəaliyyəti

redaktə

Yeni Azərbaycan Partiyası üzvüdür.

2024-cü il oktyabrın 8-də Azərbaycan - Honduras parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.[2]

3 fevral 2025-ci ildə Milli Məclisin Hesablayıcı komissiyasının tərkibinə daxil edilib.[3]

İstinadlar

redaktə
  1. ↑ Dördüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin 2010-cu il 29 noyabr tarixli iclasın stenoqramı. Arxivləşdirilib 2020-10-28 at the Wayback Machine meclis.gov.az  (az.)
  2. ↑ "Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qruplarına rəhbərlər seçilib - SİYAHI". Apa.az (az.). 2024-10-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-10-22.
  3. ↑ "Milli Məclisin Hesablayıcı komissiyası yenidən formalaşdırılıb". Apa.az (az.). İstifadə tarixi: 2025-02-03.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sevinc_Hüseynova&oldid=8079773"
LOVE.AZ