. Love.az

Seyfeddin Rustemov - Wikipedia - Love.az

Ana Səhifə - Seyfeddin Rustemov

Seyfəddin Rüstəmov (d.17 iyun 1962, Qusar, Azərbaycan SSR, SSRİ) — Rusiya milyarderi, iqtisadçı, “Metafraks” şirkətinin prezidenti.[1][2]

Seyfəddin Rüstəmov
Doğum tarixi 17 iyun 1962 (62 yaş)
Doğum yeri Qusar, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Rusiya Rusiya
Fəaliyyəti iş adamı

Mündəricat

  • 1 Həyatı
  • 2 İstinadlar
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər

Həyatı

redaktə

Seyfəddin Rüstəmov 17 iyun 1962-ci ildə Qusar rayonunda anadan olub. Rusiya Sosial-Humanitar İnstitutunu bitirib. İxtisaca iqtisaçıdır.[2] Hərbi xidməti başa vurduqdan sonra Rusiyaya üz tutub və o zamandan Moskvada yaşayır.[3]

Əvvəllər kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan S.Rüstəmov 2000-ci ildən biznes sərhədlərini böyüdüb və energetika fondlarına, kommersiya və yaşayış təyinatlı daşınmaz əmlaka investisiya yatırmağa başlayıb. Rus mətbuatının verdiyi məlumatlara görə, xeyriyyəçilik fəaliyyəti ilə məşğul olur.[4]

Hazırda “Metrafaks” Açıq Səhmdar Cəmiyyətinin majoritar səhmdarı olan “MetaHolding” şirkəti də onun idarəçiliyi altındadır.[2] 2014-cü ildə “Metafraks”ın faktiki sahibi olub. Həmçinin “MetaHoldinq”in də Rusiyanın "Metafrax" şirkətinin əsas səhmdarı Seyfəddin Rüstəmovun rəhbərliyi altındadır.[5]

“Metrafaks” 2017-ci ildə Rusiyanın Perm və Moskva vilayətlərində, habelə Avstriyanın Krems şəhərində istehsalat güclərinə malik olan hərtərəfli şirkətlər qrupuna çevrilib.[5] O, Rusiyada və Avropada ən iri metanol, formalin və sintetik qatranlar istehsalçısıdır.[2]

“Metrafaks”ın illik hasilatı 40 milyard rubldan (700 milyon dollara yaxın) çoxdur. Şirkətlər qrupunun illik investisiya həcmi 5 milyard rubla yaxındır.[2] Şirkətin zavodları metanol, formalin, pentaeritrit, urotropin, sintetik qatran və digər adda kimya sənayesi məhsulları istehsal edir. Məhsullarını dünyanın 50-dən çox ölkəsinə satır. Büdcəyə ildə 2 milyard rubldan çox vergi ödəyir.[5]

İstinadlar

redaktə
  1. ↑ "Rusiya milyarderləri siyahısında beş azərbaycanlı". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  2. ↑ 1 2 3 4 5 "Сейфеддин Рустамов". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  3. ↑ "Energetika və kimya sənayesi sahəsində peşəkarı". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  4. ↑ ""Metafraks" şirkətinin sahibi". 2019-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.
  5. ↑ 1 2 3 ""Metafraks" şirkətinin sahibi". 2019-04-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-19.

Həmçinin bax

redaktə
  • Vahid Ələkbərov
  • Zarah İliyev
  • Qod Nisanov
  • Araz Ağalarov
  • Fərhad Əhmədov

Xarici keçidlər

redaktə
  • Varlı azərbaycanlıların siyahısı
  • Новое имя в списке Forbes
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyfəddin_Rüstəmov&oldid=6682491"
LOVE.AZ