. Love.az

Seyfulla Mirze Qovanli Qacar - Wikipedia - Love.az

Ana Səhifə - Seyfulla Mirze Qovanli Qacar

Seyfulla mirzə Bəhmən mirzə oğlu Qovanlı-Qacar (6 mart 1864, Şuşa və ya Tiflis – 29 iyul 1926, Bakı) — Çar ordusunun polkovniki.

Seyfulla mirzə Qovanlı-Qacar
Şəxsi məlumatlar
Doğum tarixi 6 mart 1864(1864-03-06)
Doğum yeri
  • Şuşa, Şuşa qəzası, Bakı quberniyası, Rusiya imperiyası və ya
  • Tiflis, Tiflis quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 29 iyul 1926(1926-07-29) (62 yaşında)
Vəfat yeri
  • Bakı, Bakı qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vətəndaşlığı
  •  Rusiya imperiyası
  •  AXC
  •  Azərbaycan SSR
  •  ZSFSR
  •  SSRİ
Hərbi fəaliyyəti
Təltifləri 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni (Rusiya imperiyası) 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni (Rusiya imperiyası) "İgidliyə görə" qızıl qılıncı (Rusiya imperiyası)

Həyatı

redaktə
 

Bəhmən mirzənin oğlu Seyfulla mirzə 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis ədadiyə məktəbinin tam kursunu bitirmişdi. 1886-cı il avqustun 30-da isə Tiflisdəki birinci dərəcəli yunkerlər məktəbini qurtaran podporuçik Seyfulla mirzə 152-ci Vlаdiqаfqаz alayında hərbi xidmətə başlamışdı. Rusiyanın müxtəlif şəhərlərində, süvari diviziyalarındakı əla xidmətinə görə həmişə fərqlənmişdi. Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və alay кomandiri olmuşdur. Ivanoqorod şəhəri uğrunda gedən döyüşlərdə yaralanmışdı.1916-cı ildə polkovnik rütbəsi almışdı. Azərbaycan Demokratik Respublikası dönəmində milli orduda zabit olmuşdu. Sovet dönəmində , 1920-ci ildən 1921-ci ilədək konvoy nizami hissəsinin rəisi vəzifəsini icra etmişdi. Keçmişinə görə işdən çıxarmışdılar. O, 1926-cı ildə vəfat edib. Seyfulla mirzə Rüxsarə хanım Əli bəy qızı Lalayeva-Təbrizli ilə həyat qurmuşdu. Firudin mirzə, Əliхan mirzə adlı oğulları, Firuzə хanım adlı qızı vardı.

Mükafatları

redaktə

Seyfulla mirzə Qacar şücaətinə görə "Müqəddəs Anna" (qəlınc və bantla birlikdə), 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordenləri, "Georgi" silahı ilə təltif olunmuşdu.

Mənbə

redaktə
  • Çingizoğlu Ə. Qacarlar və Qacar kəndi. Bakı: “Şuşa” nəşriyyatı. 2008. səh. 336+32.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Seyfulla_mirzə_Qovanlı-Qacar&oldid=8121788"
LOVE.AZ