Seyidşah Məmmədov (tam adı: Seyidşah Qəmli oğlu Məmmədov; 14 aprel 1968, Quba) — aktyor.
Seyidşah Məmmədov | |
---|---|
Seyidşah Qəmli oğlu Məmmədov | |
Doğum tarixi | (57 yaş) |
Doğum yeri | Nügədi, Quba rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | aktyor |
Seyidşah Qəmli oğlu Məmmədov 14 aprel 1968-ci ildə Qubanın Nügədi kəndində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin «Dram və kino aktyorluğu» fakültəsini bitirib. 1991-ci ildən Bakı Kamera Teatrının, 2009-cu il oktyabr ayının 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının aktyorudur. Bir çox Beynəlxalq teatr festivalında iştirak etmişdir. Bu illər ərzində 30-dan çox rollar oynamış, bədii film və televiziya tamaşlarında iştirak etmişdir. S.Məmmədov 2002-ci ildə “Əməkdar Artist” fəxri adına layiq görülmüşdür.
Bir neçə film, serial, reklam və kliplərdə çəkilmişdir. Evlidir.