. Love.az

Siqne Baumane - Wikipedia - Love.az

Ana Səhifə - Siqne Baumane

Siqne Baumane (latış. Signe Baumane‎; 7 avqust 1964[1]) — Latviya animatoru, rəssam, illüstrator və yazıçı. Baumane hal-hazırda Nyu-Yorkda yaşayır və orada işləyir. Kinematoqrafiya İncəsənəti və Elmlər Akademiyasının üzvüdür. Baumane həmçinin pedaqoqdur. 2000-ci ildən 2002-ci ilə qədər Pratta İnstitutunda multiplikasiyadan dərs demişdir.

Siqne Baumane
Doğum tarixi 7 avqust 1964 (60 yaş)
Doğum yeri Autse, Latviya
Vətəndaşlığı Latviya Latviya
Təhsili
  • Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsi[d],
  • Moskva Dövlət Universiteti
Fəaliyyəti yazıçı, rəssam, animasiyaçı, kinorejissor
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən illər və təhsili

redaktə

Siqne Baumane Latviya SSR-in Autse şəhərində anadan olmuşdur. Baumanenin uşaqlığı Latviya Tukumsunda və Saxalin adasında keçmişdir. 14 yaşı olarkən ədəbi fəaliyyətə başlamışdır. 1989-cu ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsini bitirmişdir.[2]

Karyerası

redaktə

1989-cu ildə Latviyada Dauka animasiya studiyasında animator kimi işləməyə başlamışdır. Baumane bir sıra animasiya filmlərinin, reklam çarxlarının, yerli televiziya verilişlərinin yaradılmasında iştirak etmişdir. 1991-ci ildə o, "Cadugər və inək" adlı birinci animasiya filmini buraxmışdır. Bu filmdə Baumane ssenarist, rejissor, səhnə dekoratoru və animator kimi çalışmışdır.

Moskvada uşaq kitablarının illüstratoru kimi iki il işlədikdən sonra, o 1993-cü ildə Riqada multiplikasiyaya, illüstrasiyaya və səhnə qrafikasına qayıtdı. Baumane 1995-ci ilin sentyabrında Nyu-Yorka köçdü. Amerikalı animator Bil Plimpton ilə əməkdaşlıq etməyə başladı.

1998-ci ildə Siqne bir neçə film yaradaraq müstəqil animator kimi öz işini yenilədi. Onlardan ikisi — "Qadın" və "Baytar" Latviyaya səfəri zamanı göstərilmişdir. Qalanları Nyu-Yorkda nümayiş olunmuşdur.[3][4]

Siqne Baumane bir sıra müstəqil animasiya proqramlarının təşəbbüskarı olmuş və onlara nəzarət etmişdir. Baumane Patrik Smitlə və Bil Plimpton ilə birlikdə Square Footage Films şirkətini yaratmışdır. Müstəqil Nyu-York animator qrupları işlərini müstəqil çıxarır və öz işlərini DVD-diskləri vasitəsilə yayırlar.[5]

Multiplikasiyadan başqa Baumane bir sıra şəkillərin və heykəllərin müəllifidir.[6] O, həmçinin uşaq kitablarının illüstratorudur.

Onun animasiya filmləri Ansi, Berlin, Ottava, Venesiya, "Traybeka" və "Sandens" kino festivallarında nümayiş olunmuşdur. Onun işlərindən bir çoxu mükafatlara layiq görülmüşdür.

2014-cü ildə Baumane tammetrajlı avtobioqrafik animasiya filmi olan "mənim ciblərimdəki daşlar" filmini buraxmışdır. Film onun ailəsindəki qadınlardan üçünü təqib edən depressiyadan bəhs edir. "Mənim ciblərimdəki daşlar" filmi 87-ci Oskar mükafatlarının təqdimat mərasimində "xarici dildə ən yaxşı film" nominasiyasında Latviya tərəfindən irəli sürülsə də, Baumane nominantların sırasına düşə bilməmişdir.[7]

İstinadlar

redaktə
  1. ↑ Signe Baumane // Artists of the World Online, Allgemeines Künstlerlexikon Online, AKL Online (alm.). / Hrsg.: A. Beyer, B. Savoy B: K. G. Saur Verlag, Verlag Walter de Gruyter, 2009. ISSN 2750-6088 doi:10.1515/AKL
  2. ↑ "Сигне Баумане: «Никто не верит пророкам в своей стране»". Голос Америки. 2017-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-31.
  3. ↑ "Signe Baumane web site, biography". 2010-01-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
  4. ↑ Chris Robinson: Unsung Heroes of Animation, pp. 200–206
  5. ↑ "Square Footage Films web site accessed on February 5, 2010". October 17, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 8, 2017.
  6. ↑ Signe Baumane Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine, section of online art gallery accessed February 2, 2010
  7. ↑ Holdsworth, Nick. "Oscars: Latvia Nominates 'Rocks in My Pockets' in Foreign-Language Category". The Holywood Reporter. 2018-09-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-08.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Siqne_Baumane&oldid=7677907"
LOVE.AZ