. Love.az

Sivriyarpaq Agcaqayin - Wikipedia - Love.az

Ana Səhifə - Sivriyarpaq Agcaqayin

Sivriyarpaq ağcaqayın (lat. Acer platanoides) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sabunağacıkimilər fəsiləsinin ağcaqayın cinsinə aid bitki növü.

Sivriyarpaq ağcaqayın
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Sabunağacıkimilər
Yarımfəsilə:
Hippocastanoideae
Cins:
Ağcaqayın
Növ:
Sivriyarpaq ağcaqayın
Beynəlxalq elmi adı
  • Acer platanoides L., 1753[1]
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  28755
NCBI  4025
EOL  583070

Mündəricat

  • 1 Arealı
  • 2 Botaniki xarakteristikası
  • 3 Ekologiyası
  • 4 Azərbaycanda yayılması
  • 5 İstifadəsi
  • 6 Sinonimləri
    • 6.1 Homotipik sinonimləri
  • 7 Yarımnövləri
  • 8 İstinadlar
  • 9 Həmçinin bax

Arealı

redaktə

Avropada, Kareyada, cənubda isə Qafqazda, Balkanda yayılmışdır.

Botaniki xarakteristikası

redaktə

Hündürlüyü 30-m ə çatan sıx, yumru çətirli ağacdır. Cavan budaqların qabığı hamar, qırmızımtıl-bozdur. Ağacın gövdəsi tünd, qonurumtul-boz, bəzən tam qara rəngli, üzərində çoxlu çatları olan qabıqla örtülmüşdür. Yarpaqlar 5 dilimlidir, tünd yaşıldır, payızda narıncı-sarımtıl rəngdə olur, uzunluğu 18 sm-ə qədərdir. Mayın I və II ongünlüyündə çiçəkləyir, sentyabrın ortalarında meyvələri yetişir. Çiçəkləri sarımtıl-yaşıl, ətirlidir, qalxan çiçək qrupuna yığılmışdır. Ömrünün ilk 3 ilində tez böyüyür, 17 yaşında çiçəkləyir və meyvə verir.

Ekologiyası

redaktə

Məhsuldar və rütubətli torpaqlara tələbkardır, tez böyüyür, kölgəyə, küləyə davamlıdır. Torpağın şoranlaşmasına dözmür. Köçürməni və şəhər şəraitini yaxşı keçirir.

Azərbaycanda yayılması

redaktə

Böyük və Kicik Qafqazda aşağı dağ yamaclarında rast gəlinir.

İstifadəsi

redaktə

Dekorativ bağçılıqda gözəl sıx çətirinə, qamətli gövdəsinə, yarpaqların rəngi, forması və s. yüksək xüsusiyyətlərinə görə bağ və parkların salınmasında istifadə edilir. Çох qədimdən mədəni şəraitdə becərilir.

Sinonimləri

redaktə

Homotipik sinonimləri

redaktə
  • Euacer platanoides (L.) Opiz

Yarımnövləri

redaktə
  • Acer platanoides subsp. platanoides
  • Acer platanoides subsp. turkestanicum (Pax) P.C.de Jong

İstinadlar

redaktə
  1. ↑ Linnæi C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 2. S. 1055.

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sivriyarpaq_ağcaqayın&oldid=7973452"
LOVE.AZ