Slavik Alxasov (tam adı: Slavik Həsrət oğlu Alxasov, ) — azərbaycanlı futbolçu, Zirə klubunun müdafiəçisi.
Slavik Alxasov | |
---|---|
![]() | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 6 fevral 1993(1993-02-06)[1][2] (32 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 177 sm |
Mövqeyi | müdafiəçi, yarımmüdafiəçi |
Slavik Alxasov 1993-cü il fevralın 6-da Azərbaycanın Qusar şəhərində anadan olub. Slavik, 8 yaşından etibarən futbol oynamağa başlayıb. 2008-2010-cu illərdə Bakıda Respublika Olimpiya İdman Liseyində futbolun əsasları üzrə təhsil alıb.
Slavik Alxasov Neftçi futbol klubunun yetirməsidir. 2009-2011-ci illərdə Bakı FK-nın heyətində çıxış edib. Buradan 2011-ci ilin yanvarında icarə əsasında Azərbaycan çempionatının birinci divizionunun Abşeron FK komandasına keçib. Lakin yeni klubda debütü uğursuz oldu. Zədələnən futbolçu 3 ay yaşıl meydanlardan kənarda qaldı. İki ay sonra isə komanda maddi sıxıntıya görə dağıldı.
Elə həmin ildə Slavik Alxasov yenidən icarə əsasında Azərbaycan Premyer Liqasında mübarizə aparan Sumqayıt FK-ya keçdi. O, Sumqayıtda 2 nömrə altında çıxış edirdi.
2014-cü ildə Xəzər Lənkəran FK-da çıxış edib. Sonra yenidən Sumqayıt klubunda çıxış etməyə başlayıb.
2016-cı ildə Səlahət Ağayev, Ağabala Ramazanov və Pərdis Fərcad-Azadla birlikdə İnter FK-ya (indiki Şamaxı FK) keçdi.[3]
2019-cu il aprelin 6-da Sumqayıtla oyuna çıxan Slavik Alxasov, həmçinin komandanın kapitanı kimi də ilk oyununa çıxıb. O, Sabaha keçənə qədər komandanın kapitanı olub. Futbolçu 1 iyul 2020-ci ildə Sabah klubuna,[4] 2022-ci il iyulun 1-də isə Zirəyə keçib.[5]
2008-ci ildən etibarən Azərbaycanın U-15, U-17, U-19 və U-21 gənclər yığmasında çıxış edib.
Slavik Alxasov 17 yaşadək gənclərdən ibarət Azərbaycan yığmasının heyətində debüt oyunu 2009-cu il oktyabrın 26-da 17 yaşadək gənclər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Serbiya millisi ilə 0:0 hesablı heç-heçə ilə başa çatan oyunu zamanı baş tutub.[6].
2018-ci ildə Qırğızıstan, Qazaxıstan və Latviya ilə oyunlar üçün Azərbaycanın əsas komandasına çağırılıb.[7]
Klub | Sezon | Liqa | Kubok | Avrokubok | Ümumi | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | Oyun | Qol | ||
Sumqayıt | 2011/2012 | 20 | 0 | — | — | — | — | 20 | 0 |
2012/2013 | 29 | 0 | — | — | — | — | 29 | 0 | |
2013/2014 | 14 | 0 | — | — | — | — | 14 | 0 | |
Ümumi | 63 | 0 | 0 | 0 | 0 | 0 | 63 | 0 | |
Xəzər-Lənkəran | 2013/2014 | 10 | 0 | — | — | — | — | 10 | 0 |
Ümumi | 10 | 0 | 0 | 0 | 0 | 0 | 10 | 0 | |
Sumqayıt | 2014/2015 | 31 | 1 | — | — | — | — | 31 | 1 |
2015/2016 | 34 | 1 | — | — | — | — | 34 | 1 | |
Ümumi | 65 | 2 | 0 | 0 | 0 | 0 | 65 | 2 | |
Keşlə | 2016/2017 | 18 | 1 | — | — | — | — | 18 | 1 |
2017/2018 | 28 | 4 | 4 | 0 | 6 | 0 | 38 | 4 | |
2018/2019 | 27 | 3 | 2 | 0 | 2 | 1 | 31 | 3 | |
2019/2020 | 19 | 2 | 2 | 0 | — | — | 21 | 2 | |
Ümumi | 92 | 10 | 8 | 0 | 8 | 1 | 108 | 11 | |
Sabah | 2020/2021 | 19 | 2 | — | — | — | — | 19 | 2 |
2021/2022 | 15 | 0 | 3 | 0 | — | — | 15 | 0 | |
Ümumi | 34 | 2 | 3 | 0 | 0 | 0 | 37 | 2 | |
Zirə | 2022/2023 | 0 | 0 | 0 | 0 | 2 | 0 | 2 | 0 |
Ümumi | 0 | 0 | 0 | 0 | 2 | 0 | 2 | 0 | |
Ümumi karyerası | 264 | 14 | 11 | 0 | 10 | 1 | 285 | 15 |