Soçil Qomes (ing. Xochitl Gomez; 29 aprel 2006[4][5], Los-Anceles, Kaliforniya) — ABŞ aktrisası.[6][7][8]
Soçil Qomes | |
---|---|
ing. Xochitl Gomez | |
![]() | |
Doğum tarixi | 29 aprel 2006(2006-04-29)[1][2] (19 yaş) |
Doğum yeri | Los-Anceles, Kaliforniya, ABŞ[3] |
Fəaliyyəti | aktrisa |
Fəaliyyət illəri | 2017-ci ildən |
IMDb | ID7961780 |
![]() |
Qomes 29 aprel 2006-cı ildə Kaliforniya ştatının Los-Anceles şəhərində meksikalı valideynlərin ailəsində anadan olmuşdur.[9][10][11] Onun adı — Xóchitl Meksikanın yerli dili olan astek dilində "gül" deməkdir.
Qomes 5 yaşında yerli musiqi videolarında rol almağa başladı.[12] "Dayələr klubu" teleserialında görünməzdən əvvəl "Genetikalaşmış", "Reyvenin evi" və "Sən pisliyin təcəssümüsən" teleseriallarında rol almışdır.[12] Qomes 2019-cu il filmi "Kölgə canavarları" filmindəki roluna görə 2020-ci ildə "Cavan Aktyor Mükafatı" qazandı.[13] Həmin ilin sonunda Qomesin "Doktor Strenc: Dəliliklərin multikainatında" filmində Amerika Çavesi canlandıracağı açıqlandı.[14][15]
Qomes "Black Lives Matter" hərəkatına dəstək olaraq 2017-ci ildə "Qadın marşları"nda iştirak etmişdir.[16][17]
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeyd |
---|---|---|---|---|
2019 | Kölgə canavarları | Shadow Wolves | Çaki | |
2021 | Sinə təri | Boob Sweat | Frensis | Qısa film |
2022 | Doktor Strenc: Dəliliklərin multikainatında | Doctor Strange in the Multiverse of Madness | Amerika Çaves |
İl | Azərbaycan dilində adı | Orijinal adı | Rol | Qeyd |
---|---|---|---|---|
2018 | Reyvenin evi | Raven's Home | məktəb jurnalisti | Epizodlar: "Qaliblər və məğlublar", "Reyvenin evi: Remiks" |
2019 | Sən pisliyin təcəssümüsən | You're the Worst | uşaq | Epizod: "Yaradılışın sütunları" |
2020 | Genetikalaşmış | Gentefied | gənc Ana | Epizod: "Qəhvəyi sevgi" |
Dayələr klubu | The Baby-Sitters Club | Don Şafer | Baş rol (1-ci mövsüm), 7 seriya |
İl | Mükafat | Kateqoriya | İş | Nəticə | İst. |
---|---|---|---|---|---|
2020 | Cavan Aktyor Mükafatı | Cavan aktyor tərəfindən ən yaxşı köməkçi rol | Kölgə canavarları | Qazandı | [13] |