Sokollu Mehmed Paşa Külliyəsi — Kırklarelində XVI əsrə aid külliyə. Osmanlı sultanları I Süleyman, II Səlim və III Murad dönəmlərində sədrəzəm olmuş Sokollu Mehmed Paşa tərəfindən inşa etdirilən külliyə məscid, mədrəsə, məktəb, karvansara, imarət, qoşa hamam, körpü, çeşmə və 59 dükandan ibarət bazar meydanından ibarətdir. Memar Sinan tərəfindən 1569-1570-ci illərdə inşa olunmuşdur.
Sokollu Mehmed Paşa külliyəsi | |
---|---|
Ölkə |
![]() |
Şəhər | İstanbul |
Yerləşir | Kırklareli, Lüləburqaz rayonu |
Memar | Memar Sinan |
Tikilmə tarixi | 1569-1570 |
Üslubu | Osmanlı memarlığı |
Vəziyyəti | Fəaliyyət göstərir |