Soltan Hüseynqulu oğlu Əlizadə (21 dekabr 1958, Buzovna) — Azərbaycan yazıçısı, tədqiqatçı, şair. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü; Buzovna Cümə məscidinin Axundu, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində Elmi-dini şuranın üzvü, Qafqaz Müsəlmanları İdarəsinin Xəzər rayonu üzrə Qazisi[1].
Soltan Əlizadə | |
---|---|
Soltan Hüseynqulu oğlu Əlizadə | |
![]() | |
Doğum tarixi | 21 dekabr 1958(1958-12-21) (66 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | din xadimi, yazıçı, şair, publisist, tədqiqatçı |
İstiqamət | qəzəl, qoşma, gəraylı, publisistika |
Üzvlüyü | |
![]() |
Soltan Əlizadə 1958-ci il dekabrın 21-də Bakının Buzovna qəsəbəsində zəhmətkeş bir ailədə anadan olub. 1966–1974-cü illərdə 125 saylı orta məktəbdə oxuyub. Buzovnadakı 55 saylı texniki-peşə məktəbinə daxil olmuş, qaynaqçı peşəsinə yiyələnmişdir. Həqiq hərbi xidməti sovet ordusu sıralarında Uzaq Şərqdə keçirmişdir.[2] 1979-cu ildə ordu sıralarından qayıdır və işləmək üçün Neft Daşlarını seçir. Orada dəmirçi-qaynaqçı vəzifəsində işə düzəlir. Hələ məktəbli ikən sovet rejimin qadağalarına baxmayaraq məsciddə dini ayinlərə qoşulması və dindarlar arasında qazandığı hörmət onu Buzovna qəsəbəsinin Axundu rütbəsinə qədər yüksəldir. 1988-ci ildə Şeyxülislam Hacı Allahşükür Paşazadənin əmri ilə Buzovnadakı Məşədi Qərib məscidinə Axund təyin olunmuşdur. Hal-hazıra qədər Buzovna Cümə məscidinin axundudur.
1990-cı ildə Məşhəd, 1991-ci ildə Məkkə və 1993-cü ildə Kərbəla ziyarətgahlarında olmuşdur.
İlk dini təhsilini Axund Məşhədi Məzahirdən alsa da sonradan Məhəmmədəli Natəvani, Molla Həsən, Molla Məhəmməd və Axund Hacı Əhməd Şeyx Qüdrət oğlundan da dini dərslər alır və dini təhsilini kamilləşdirir.[3]
Soltan Əlizadə həmçinin dövrünün böyük alim və şairləri ilə yaxından dostluq edir, onların dərin fikirlərindən qidalanırdı. Füzulişunas-alim Hacı Mail, Hacı Hidayət Səməd oğlu, Əhmədağa Əhmədov, Şeyx Məhəmməd Şeyx Qüdrət oğlu, Baskallı Hacı Həbib və Məddah Əlisöhbət kimi şəxslərlə oturub-durması qəlbindəki imanının artmasına, yetkinləşməsinə, elminin daha da kamilləşməsinə gətirib çıxarmışdır.
Bütün bunlardan əlavə Hacı Soltan yüzlərlə ədəbi-bədii, tənqidi, elmi-nəzəri publisist məqalələrin və neçə-neçə kitabların reddaktoru, rəyçisi və ön sözünün müəllifidir. Xatırlamalıyıq ki, yazıçılıq fəaliyyəti ilə yanaşı Hacı Soltan incə ruhlu qəzəllər, qəsidələr yazan şair təbiətli bir insandır. Buna onun "Divan"ı əyani sübutdur.[4]