. Love.az

Sosialist Emeyi Qehremani - Wikipedia - Love.az

Ana Səhifə - Sosialist Emeyi Qehremani

Sosialist Əməyi Qəhrəmanı — 1938-ci ildən 1991-ci ilə qədər SSRİ-də əməkdə fərqlənməyə görə verilən ən ali fəxri ad.

Sosialist Əməyi Qəhrəmanı
Герой Социалистического Труда

Ölkə SSRİ SSRİ
Tip fəxri ad, SSRİ-nin ən yüksək mükafatları
Statistika
Təsis tarixi 27 dekabr 1938
İlk təltif
  • 20 dekabr 1939
Son təltif
  • 21 dekabr 1991
Təltif sayı 20.613
Ardıcıllıq
Yüksək mükafat Sovet İttifaqı Qəhrəmanı
Aşağı mükafat Qəhrəman ana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
"Oraq və Çəkic" qızıl medalı — Sosialist Əməyi Qəhrəmanının atributu

Mükafatın tarixçəsi

redaktə

Sosialist Əməyi Qəhrəmanı fəxri adı və bu adın verilməsinin əsasnaməsi SSRİ Ali Soveti Rəyasət Heyətinin 27 dekabr 1938-ci il tarixli qərarı ilə təsis edilmişdir. Buna qədər Əmək Qəhrəmanı adı mövcud idi.

SSRİ üzrə ümumilikdə 20 613 nəfər Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür ki, bunlardan 201-i iki dəfə, 15-sı isə üç dəfə bu fəxri adla təltif edilmişdir. 134 nəfərə verilmiş Sosialist Əməyi Qəhrəmanı fəxri adı sonradan geri alınmışdır.

Tarixdə Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görülmüş ilk şəxs 1939-cu il 20 dekabr tarixli Fərmanla İ.V.Stalin, sonuncu adam isə SSRİ prezidentinin 1991-ci il 21 dekabr tarixli Fərmanı ilə təltif edilmiş, Qazaxıstanın opera müğənnisi Bibigül Tuleqenova olmuşdur.

Həmçinin bax

redaktə
  • İkiqat Sosialist Əməyi Qəhrəmanı
  • Üçqat Sosialist Əməyi Qəhrəmanı

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sosialist_Əməyi_Qəhrəmanı&oldid=8074875"
LOVE.AZ