. Love.az

Sovet Metbexi - Wikipedia - Love.az

Ana Səhifə - Sovet Metbexi

Sovet mətbəxi (rus. Советская кухня) — Sovet İttifaqının ümumi mətbəxi, ölkədə yaşayan xalqların milli mətbəxlərinin yeməklərindən ibarətdir. Müxtəlif xalqların SSRİ-yə ənənəvi yaşayış məntəqəsindən kənarda daxili miqrasiyası nəticəsində yaranıb. Bu, Ümumittifaq tikinti layihələri, Sibirin çətin gedilə bilən torpaqlarının inkişafı, Mərkəzi Asiyanın, Uzaq Şərqin xam torpaqları və onların resursları, xalqların deportasiyası ilə bağlı idi. Mətbəx məhdud miqdarda inqrediyentlər və sadələşdirilmiş yemək reseptləri ilə xarakterizə olunur. Bu mətbəxin yeməkləri yalnız evdar qadınlar deyil, həm də bütün ölkə daxilindəki yeməkxanalarda yayılmışdır. Ev yeməklərinin ayrılmaz tərkib hissəsi xüsusilə böyük şəhərlərdə milli yeməklərlə paralel olaraq istifadə edilirdi. Ümumiyyətlə, Sovet mətbəxi Sovet İttifaqının yemək vərdişləri və SSRİ-nin əksər rayonlarında məhsulların çox məhdud olması ilə seçilir. Əskər yeməklər fransız, rus, avstriya-macar və qafqaz mətbəxinin sadələşdirilmiş yeməkləri olub[1].

Siyənəkli şuba salatı — sovet vətəndaşlarının bayram masasının ənənəvi yeməyi

Mündəricat

  • 1 Tarixi
  • 2 Tipik yeməklər
    • 2.1 Qəlyanaltı və salatlar
    • 2.2 Birinci yeməklər
    • 2.3 İkinci yeməklər
    • 2.4 Şirniyyatlar
    • 2.5 İçkilər
  • 3 Həmçinin bax
  • 4 Xarici keçidlər
  • 5 İstinadlar

Tarixi

redaktə
 
"Dadlı və sağlam qidalar haqqında kitab"

Yeni mətbəxin yaranması prosesində, Qida Sənayesi Xalq Komissarı Anastas Mikoyan böyük rol oynamışdır[2]. 1936-cı ildə ABŞ-yə səfər edib, orada iki ay Amerikan qida sənayesində və kütləvi ərzaq sənayesi ilə tanış olmaq üçün təcrübə keçdi. 1930-cu illərdə SSRİ-də süd məhsulları, ət məhsulları, konservləşdirilmiş balıq, ət, tərəvəz və meyvələr, qatılaşdırılmış süd istehsalı ilə yanaşı, qida sənayesinin müasir müəssisələrində quruculuq işləri başlamışdır. 1939-cu ildə "Dadlı və sağlam qidalar haqqında kitab" başlığı ilə təsvir edilmiş yemək kitabının ilk nəşri dərc edilmişdir. Kitabda sağlam qidalanmanın vacibliyi qeyd olunmuş, yeməklər haqqında əsas məlumatlar, mətbəxdə işlərin təşkili və masaya xidmət üçün praktiki məsləhətlər, bütün mövsümlər üçün nümunəvi menyu və çoxsaylı reseptlər qeyd vardır.

Tipik yeməklər

redaktə
 
Sırniki
 
Pirojok
 
Kvas

Qəlyanaltı və salatlar

redaktə
  • Oliviye salatı
  • Kələm turşusu
  • Vineqret salatı

Birinci yeməklər

redaktə
  • Borş
  • Noxud supu
  • Xarço
  • Uxa

İkinci yeməklər

redaktə
  • Kələm dolması
  • Plov
  • Kabab
  • Kolbasa

Şirniyyatlar

redaktə
  • Halva
  • Pirojok
  • Pryanik

İçkilər

redaktə
  • Qəhvə
  • Kvas
  • Qazlı su
  • Kompot
  • Kefir
  • Süd

Həmçinin bax

redaktə
  • Rusiya mətbəxi
  • Ukrayna mətbəxi
  • Belarus mətbəxi
  • Özbəkistan mətbəxi
  • Qazaxıstan mətbəxi
  • Azərbaycan mətbəxi
  • Gürcü mətbəxi
  • Tacikistan mətbəxi

Xarici keçidlər

redaktə
  "SSRİ" portalı
  • Похлёбкин В. В. Национальные кухни наших народов

İstinadlar

redaktə
  1. ↑ Long, Katherine. "Everyone Loves Lenin". Roads & Kingdoms. 2016-10-13 tarixində arxivləşdirilib.
  2. ↑ "Глущенко И. В., «Общепит. Микоян и советская кухня». – 2010". 2018-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-02-05.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sovet_mətbəxi&oldid=7032711"
LOVE.AZ