. Love.az

Stendal - Wikipedia - Love.az

Ana Səhifə - Stendal
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Stendal (fr. Stendhal; 23 yanvar 1783 – 23 mart 1842) əsl adı Mari-Henri Beyle olan fransız yazıçı.

Mari-Anru Beyl
fr. Stendhal[1]
Doğum adı Marie-Henri Beyle[1]
Təxəllüsü Stendal
Doğum tarixi 23 yanvar 1783
Doğum yeri Qrönobl, Fransa
Vəfat tarixi 23 mart 1842 (59 yaşında)
Vəfat yeri Paris, Fransa
Vəfat səbəbi insult
Dəfn yeri
  • Monmartr qəbiristanlığı[2]
Fəaliyyəti yazıçı, avtobioqraf[d], gündəlik yazıçısı[d], bioqraf, romançı, diplomat, sənətşünas
Əsərlərinin dili fransız dili[1]
İstiqamət realizm
Janr roman
Tanınmış əsərləri
  • Qırmızı və qara,
  • Vanina Vanini
Mükafatları "Fəxri legion" ordeni kavaleri (Fransa)
İmza
Vikimənbənin loqosu Stendal Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Xarakterlərin daxili psixoloji vəziyyətini yaxşı aça bildiyi üçün realizm nümayəndələrindən biri sayılır. 1830-cu ildə yazılmış "Qırmızı və qara" və 1839-cu ildə yazılmış "Parmanın kartezian kilsəsi" romanları ilə tanınır.

Mündəricat

  • 1 Həyatı
  • 2 Əsərləri
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

1783-cü ildə Qrönoblda dünyaya gəlmişdir. Vəkil ailəsində doğulmuşdur. 7 yaşında ikən anasını itirən S. humanist və respublikaçı olan babasının himayəsində böyümüşdür. 1799-cu ildə həribi nazirlikdə qulluğa girmiş, I Napaleonun İtaliya səfərində (1800) iştirak etmişdir.1806–14 illərdə intendant kimi Napaleonunir sıra hərbi səfərlərində, o cümlədən Rusiyaya yürüşündə iştirak etmiş, Moskvanın yandırılmasının , Borodino düyüşünün fransız ordusunun Rusiyadan qaçmasının şahidi olmuşdur. Napaleonun süqutundan sonra İtalyaya getmiş, karbonarlar hərəkatının rəhbərləri ilə əlaqə saxlamış, italyan romantikləri ilə yaxınlaşmış, 1821-ci ildə Fransaya qayıtmış, ədəbi həyatda fəal iştirak etmişdir.

1814-cü ildə Milana köçmüşdür. Stendalın 200-dən çox ədəbi təxəllüsü olmuş, lakin Stendal (alman sənətşünasir Vinkelmanın doğulduğu kiçik şəhər) təxəllüsü ilə məşhurlaşmışdır. Bir sıra əsərləri ölümündən sonra nəşr olunmuşdur. İlk əsərləri musiqiyə aid olmuşdur. Stendalın ədəbi yaradıcılığı fransız tənqidi realizminin ilkin mərhələsidir: "Roma, Neapol, Florensiya(1817)" , "Məhəbbət haqqında(1822)" Rasin və Şekspir (1823–1825) " və s. kitablarında idealist esstetikaya, ədəbi ehkamlara, incəsənatin ictimai vəzifəsini,

realizmi, təbiiliyi və hayatiliyi müdafiə etmişdir. S. romanlarında xüsusilə məşhur " Qırmızı və Qara" romanında burja cəmiyyətinin ictimai və əxlaqi çürüklüyü , Fransa burja inqilabından sonrakı ictimai həyat, mutərəqqi, inqilabi qüvvələrlə irtiça arasındakı mübarizə əksini tapmışdır. Həm köhnə mürtəci qüvvələrin nifrəti və yeni burja qaydalarının amansızlığı ilə qarşılaşan yeksək təbiətli, bacarıqlı, ehtiraslı gənc nəsil bu mübarizədə çox vaxt məğlub olmuşdur.

Əsərləri

redaktə

Romantizm dövründə yaşamış Stendalın realist əsərləri kifayət qədər qiymətləndirməmişdi. Stendalın əsərləri özündə ironiyanı, psixoloji və tarixi təsvirləri birləşdirir.

Stendal romanlar novellalar müəllifidir. Bununla yanaşı onun "Napoleonun həyatı" adlı bioqrafik və avtobioqrafik əsərləri də var.

  • "Roma, Neapol, Florensiya"1817)
  • "Məhəbbət haqqında"1822)
  • " Rasin və Şekspir"(1823–1825)
  • " Armans"(1827)
  • Vanina Vanini (1829)
  • Qırmızı və qara (1831)
  • "Parma monastrı" (1839)
  • " Lucyen Leven" (1834–1836)
  • "Anri Bryuların həyatı" (1835)
  • "Xudbinin xatirılıri"(1832)
  • "Lamyel" (1839–1842. bitməmişdir)

Həmçinin bax

redaktə
  • Stendal sindromu

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. ↑ Find a Grave (ing.). 1996.
Yazıçı haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Stendal&oldid=8005451"
LOVE.AZ