Stenli Uittingem (22 dekabr 1941[1], Nottinqem, Birləşmiş Krallıq) — litium-ion batareyalarının yaradıcılarından biri olan Britaniya-Amerika kimyaçısıdır. Con Qudenaf və Akira Yosino ilə birlikdə 2019-cu il Kimya üzrə Nobel Mükafatı laureatı.
Stenli Uittingem | |
---|---|
ing. M. Stanley Whittingham | |
![]() | |
Doğum adı | Michael Stanley Whittingham |
Doğum tarixi | 22 dekabr 1941(1941-12-22)[1] (83 yaş) |
Doğum yeri | |
Elm sahəsi | kimya |
İş yerləri | |
Təhsili | |
Üzvlüyü |
|
Mükafatları |
![]() ![]() |
![]() |
ABŞ Milli Mühəndislik Akademiyasının üzvü (2018il).[3][4]
S. Uittingem 22 dekabr 1941-ci ildə İngiltərənin Nottingem şəhərində anadan olub.[5][6] O, 1951–1960-cı illərdə əvvəl Stamford məktəbində sonra Oksforddakı Nyu Kollecdə kimya üzrə təhsil almışdır. Oksford Universitetində o, 1964-cü ildə bakalavr, 1967-ci ildə magistr və 1968-ci ildə fəlsəfə doktoru dərəcələrini almışdır.[7] Aspiranturanı bitirdikdən sonra S. Uittingem Stanford Universitetində tədqiqatçı oldu.[8] 1972–1984-cü illərdə Exxon Araşdırma və Mühəndislik Şirkətində işləyib. Sonra 4 il Schlumberger-də çalışıb. Daha sonra Binghemton Universitetində professor oldu.
S. Uittingem litium-ion batareyalarının tədqiqatçılarından biridir, xüsusən də elektrodların interkalasiyası konsepsiyasını[9] inkişaf etdirmişdir. O, bu mövzunu neft şirkətlərində işləyərkən öyrənməyə başlayıb.
1994–2000-ci illərdə Binghemton Universitetində elmi işlər üzrə prorektoru vəzifəsində çalışıb. O, həmçinin altı il Nyu-York Dövlət Universitetinin Tədqiqat Fondunun sədr müavini vəzifəsində çalışıb. O, Bingemton Universitetində kimya, materialşünaslıq və mühəndislik üzrə fəxri professordur. 2017-ci ildə S. Uittingem NAATBatt International-ın baş elmi işçisi təyin edildi. S. Uittingem 2007-ci ildə kimyəvi enerjinin saxlanması üzrə DOE tədqiqatına həmsədrlik etmişdir[10] və Binghamtonda ABŞ Enerji Departamentinin Enerji Sərhəd Tədqiqat Mərkəzi (EFRC) Kimyəvi Enerji Saxlama üzrə Şimal-Şərq Mərkəzinin (NECCES) direktorudur. 2014-cü ildə NECCES 21-ci əsr iqtisadiyyatını qurmaq üçün lazım olan elmi nailiyyətləri sürətləndirmək üçün ABŞ Enerji Departamentindən 12,8 milyon dollar almışdır. 2018-ci ildə NECCES, b
S. Uittingem 1971-ci ildə Elektrokimya Cəmiyyətinin Gənc Müəllif Mükafatını, 2003-cü ildə Batareya Tədqiqat Mükafatını[11][12] aldı və 2004-cü ildə "Elektrokimya Cəmiyyətinə" üzv seçildi.[13] 2010-cu ildə Greentech Media onu yaşıl texnologiyaların inkişafına verdiyi töhfələrə görə Ən Yaxşı 40 İnnovatordan biri adlandırdı.[14]
2012-ci ildə S. Uittingem litium batareya materiallarının tədqiqatına ömürlük töhfələrinə görə IBA Yeager Mükafatını aldıvə 2013-cü ildə Material Tədqiqat Cəmiyyətinin üzvü seçildi.[15] O, Con Qudenaf ilə birlikdə Thomson Reuters-in 2015-ci ildə Kimya üzrə Nobel Mükafatı üçün Clarivate Citation alanlar siyahısına daxil edilmişdir.[16][17] 2018-ci ildə S. Uittingem "enerji saxlama materialları üçün interkalasiya kimyasının qabaqcıl tətbiqinə görə" Milli Mühəndislik Akademiyasına seçildi.[18] 2019-cu ildə S. Uittingem, Con Qudenaf və Akira Yosino ilə birlikdə "Litium-ion batareyalarının inkişafına görə" 2019-cu ildə Kimya üzrə Nobel Mükafatına layiq görüldü.
Stenli Uittingem Osveqodakı Nyu York Dövlət Universitetində ispan dili professoru olan doktor Corcina Uittingem ilə evlidir. Onun Maykl Uittingem və Cennifer Uittingem -Brace adlı iki övladı var.[19][20]