. Love.az

Sultan Murad Bayandur - Wikipedia - Love.az

Ana Səhifə - Sultan Murad Bayandur

Əbül Müzəffər Sultan Murad (31 iyul 1490, Təbriz – 1518, Şanlıurfa) — Ağqoyunlu hökmdarı, Uzun Həsən və I Fərrux Yasarın nəvəsi, Sultan Yaqubun oğlu, Baysunqurun qardaşı.

Sultan Murad

Sultan Murad ibn Yaqub ibn Həsən

سلطان مراد
Şah I İsmayıl tərəfindən əsir alınmış Sultan Murad
Şah I İsmayıl tərəfindən əsir alınmış Sultan Murad
Ağqoyunlu dövlətinin VIII Sultanı
1499 – 1508
ƏvvəlkiSultan Məhəmməd
Sonrakıləğv olunub
Şəxsi məlumatlar
Doğum tarixi 31 iyul 1490
Doğum yeri Təbriz
Vəfat tarixi 1518
Vəfat yeri Urfa
Atası Sultan Yaqub
Anası Gövhər sultan
Həyat yoldaşı Bənti xatun
Uşaqları Həsən bəy, Yaqub bəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Sultan Murad dövrünə aid sikkə

Mündəricat

  • 1 Həyatı
  • 2 Hakimiyyəti
  • 3 Hakimiyyətdən getməsi
  • 4 Ölümü
  • 5 Ailəsi
  • 6 İstinadlar
  • 7 Həmçinin bax
  • 8 Xarici keçidlər

Həyatı

redaktə

31 iyul 1490-ci ildə Təbriz şəhərində dünyaya gəlmişdi. Həyatının ilk dövrləri Şirvanda gizlənərək keçmişdir.

Hakimiyyəti

redaktə

Eybə Sultanın qardaşları tərəfindən 9 yaşında Şirvandan gətirilib taxta oturdulmuş, Sultan Məhəmmədin ordularını məğlub, torpaqlarını isə işğal edərək sonuncunu öldürtmüşdü. Daha sonra Əlvəndlə sülh müqaviləsi bağlamış, əllərində olan torpaqları, Qızılüzən çayı sərhəd olmaqla iki yerə bölüb idarə etməyə üstünlük vermişdilər. Belə ki, Ərəb İraqı, Əcəm iraqı, Fars və Kirman Muradın hakimiyyətində qaldı.

Hakimiyyətdən getməsi

redaktə

21 iyun 1503-cü ildə Şah İsmayılla Sultan Murad, Həmədan yaxınlığında Alma Qulağı adlanan yerdə üz-üzə gəldi. Sayca üstün olmasına baxmayaraq Sultan Muradın qoşunu darmadağın edildi.[1] Eybə Sultanın qardaşı əsir düşdü, özü isə qaçdı.[2] Buna baxmayaraq o, hələ 5 il də Bağdad və ətrafında hakimiyyətini davam etdirdi. 1508-ci ildə Şah İsmayılın ordusundan qaçaraq Diyarbəkirə getdi.

Ölümü

redaktə

1518-ci ildə Urfada vəfat edib.[3]

Ailəsi

redaktə

Əlaəddövlə Bozqurd bəy Zülqədərin qızı Bəyli xatunla evlənmişdi. Övladları:[4][5]

  • Yaqub bəy Bayandur
  • Həsən bəy Bayandur

İstinadlar

redaktə
  1. ↑ M. H. Yinanç, “Akkoyunlular”, İ. A., s. 262
  2. ↑ Təkmilət əl-Əxbar, vər. 274a
  3. ↑ J. E. Woods, Akkoyunlular, s. 269;
  4. ↑ J. E. Woods, Akkoyunlular, s. 269
  5. ↑ F. Sümer, “Akkoyunlular”, T. D. A., s. 33.

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
Sultan Murad Bayandur
Bayandur tayfası
 
Ağqoyunlu sülaləsi
Doğum: 31 iyul 1490 Vəfat: 1518
Hakimiyyət titulları
Sələfləri 
Məhəmməd mirzə
 
Ağqoyunlular dövləti(آق‌قویونلو‎) sultanı

1499-1508
Xələfləri 
(Səfəvilər imperiyası)
Şah İsmayıl
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultan_Murad_Bayandur&oldid=8080658"
LOVE.AZ