Sultan Məhəmməd oğlu Qasımov (19 oktyabr 1959, Bakı) — Azərbaycanlı ictimai-siyasi xadim, diplomat. Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının sabiq Baş konsulu (2016–2024)
Sultan Qasımov | |
---|---|
03 may 2016 – 21 oktyabr 2024 | |
2009 – 2016 | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 oktyabr 1959(1959-10-19) (65 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
![]() |
|
|
Təltifləri |
![]() |
19 oktyabr 1959-cu ildə Bakı şəhərində anadan olub. 1976–1984-cü illərdə Azərbaycan xalq təsərrüfatı institutunun əməyin iqtisadiyyatı fakültəsində ali təhsil alıb.
1979–1981-ci illərdə Daxili qoşunlarda hərbi xidmət keçib.
1981–2009-cu illərdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə işləyib.
1993–1997-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünas ixtisası üzrə bitirib.
2006–2009-cu illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xətti ilə Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinə ezamiyyətə göndərilib.
2009-cu ildə Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının ilk baş konsulu vəzifəsində təyin olunub.[1] 2016-cı ildə Baş konsulu vəzifəsindən geri çağırılıb[2]
03 may 2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsinə təyin edilib.[3]
21 oktyabr 2024-cü ildə Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının Baş konsulu vəzifəsindən geri çağırılıb.[4]
Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi var.
09 iyul 2019-cu ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[5]