. Love.az

Sultan Sultanov Birinci Katib - Wikipedia - Love.az

Ana Səhifə - Sultan Sultanov Birinci Katib
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Sultan Sultanov.

Sultan Teymur oğlu Sultanov (1905 – 9 yanvar 1938) — alay komandirinin köməkçisi, mayor. Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin 1-ci katibi (1937).

Sultan Sultanov
Sultan Teymur oğlu Sultanov
Azərbaycan KP-nın Naxçıvan Vilayət Komitəsinin birinci katibi
1937 – 1937
ƏvvəlkiHəsən Rəhmanov
Sonrakıİbrahim Nəzərov
Şəxsi məlumatlar
Doğum tarixi 1905
Vəfat tarixi 9 yanvar 1938
Fəaliyyəti siyasətçi

Həyatı

redaktə

1905-ci ildə anadan olub. 9 yanvar 1938-ci ildə SSRİ Ali məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyasının qərarı ilə əksinqilabi-millətçilik fəaliyyətinə görə I kateqoriya ilə həbs edilmişdir. Həbs olunana kimi alay komandirinin köməkçisi mayor vəzifəsində xidmət etmişdir. Həbs ediləndən bir gün sonra güllələnmişdir.[1]

İctimai-siyasi fəaliyyəti

redaktə

1937-ci ildə Naxçıvan Kommunist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə təyin edilir. 1937-ci il oktyabr ayının 22-dən 1938-ci ilin yanvarına qədər Azərbaycan Kommunist (bolşevik) partiyasının Mərkəzi Komitəsinin Büro üzvü vəzifəsini icra edir. Çox çəkmir ki, "əksinqilabçı-millətçi" damğası ilə həbs edilərək güllələnir.[1]

İstinadlar

redaktə
  1. ↑ 1 2 "Султанов Султан Теймур оглы" ( (rus.)). knowbysight.info. 21 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 may 2018.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Sultan_Sultanov_(birinci_katib)&oldid=7398466"
LOVE.AZ