Sumqayıt Dövlət Universiteti və ya qısaca SDU — Azərbaycanın Sumqayıt şəhərində yerləşən və Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi.
Sumqayıt Dövlət Universiteti SDU | |
---|---|
![]() | |
Əvvəlki adları |
Azərbaycan Neft və Kimya İnstitutunun filialı (1962–1975) Ali Texniki Təhsil Məktəbi (1975–1992) Azərbaycan Sənaye İnstitutu (1992–2000) |
Əsası qoyulub | 1962 |
Tip | Ali məktəb |
Rektor | Əminağa Sadıqov (rektor vəzifəsinin icraçısı) |
Tələbə sayı | 8000 |
Şəhər | Sumqayıt |
Ölkə | |
Sayt | sdu.edu.az |
![]() |
Universitetin tarixi 1962-ci ildən başlayır. Həmin il bu ali məktəb SSRİ Nazirlər Sovetinin qərarına əsasən Azərbaycan Neft və Kimya İnstitutunun filialı olaraq yaradılmışdır.1975-ci ilə qədər filial kimi fəaliyyət göstərmiş, 1975–1992-ci illərdə isə Ali Texniki Təhsil Məktəbi adı altında tədrisini davam etdirmişdir. 1992-ci ildən Azərbaycan Sənaye İnstitutu adlandırılıb.
Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli fərmanı ilə Azərbaycan Sənaye İnstitutunun bazasında Sumqayıt Dovlət Universiteti yaradılmışdır.
Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanı ilə Sumqayıt Politexnik Texnikumunun bazasında yaradılmışdır.
Filial fəaliyyətinə keçmiş Sumqayıt Politexnik Texnikumunun üç tədris korpusundan ibarət ikimərtəbəli, tədris üçün yararsız olan və o zamanlar köçkünlər məskunlaşmış binasında başlamışdır.
Filial Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmişdir.[1] Bundan sonra təhsil nazirinin sərəncamına əsasən filialın bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.[2]
Universitetdə 7 fakültə mövcuddur:
SDU-nun 3 tədris korpusu, 2 yataqxanası, müasir təhsil standartlarına uyğun auditoriya və laboratoriyaları, zəngin kitabxanası, müasir texnika ilə təchiz olunmuş informasiya-hesablama mərkəzi, nəşriyyat-poliqrafiya şöbəsi, idman kompleksi və yeməkxanası vardır.
Azərbaycan Respublikası Prezidentinin 24 iyul 2015-ci il tarixli Sərəncamına əsasən ləğv edilmiş Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının təhsil nazirinin sərəncamına əsasən bundan sonra bütövlükdə öz maddi-texniki bazası, pedaqoji və tələbə heyəti ilə birlikdə Sumqayıt Dövlət Universitetinin nəzdinə keçirilməsi qərara alınmışdır.
Sumqayıt Dövlət Universitetinin arxasında – şəhərin 44-cü məhəlləsindəki Ağa Quliyev küçəsində universitetin tələbə yataqxanası yerləşir. Amma Qarabağ müharibəsi səbəbindən yataqxanada 1993-cü ildən qaçqın və məcburi köçkünlər məskunlaşdığı üçün tələbə yaşamır.
2011-ci ildə — 20 Yanvar faciəsinin növbəti ildönümü ərəfəsində universitetdə Xatirə Bağçasının açılışı olmuşdur. Şəhərdəki bu yeganə ali məktəbin yenidən abadlaşdırılmış həyətində universitetin tələbələri olmuş beş şəhidin (Mehdi Mehdiyev, Fuad Əhmədov, Namiq Hüseynov, Həmzə Adıyev və İbrahim Tağıyevin) şərəfinə Xatirə Parkı salınmış, parkda abidə qoyulmuşdur.
2014-cü il noyabrın 12-də Sumqayıt şəhər Veteranlar Şurasının müraciətinə əsasən SDU-da Veteranlar təşkilatının ilk özəyi yaradılmışdır.[3]
Qafqaz Universitetlər Birliyinin üzvüdür.[8]
Universitetin alimləri MDB ölkələrinin aparıcı universitetləri və elmi-tədqiqat mərkəzləri ilə, Fransanın Nitse, Sorbonna Universitetləri, Türkiyənin İstanbul Texniki Universiteti, Bursadakı Uludağ Universiteti, Pakistanın Sidh və Mehran universitetləri və Ukrayna Milli Texniki Universiteti[9] ilə qarşılıqlı əməkdaşlıq edirlər.
“Azərbaycan Universitetlərində Yaşıl və Dayanıqlı İqtisadiyyatın Təkmilləşdirilməsi: Bərpa Olunan Enerji və İqlim Dəyişikliklərinin Azaldılması - REFRESH” layihəsi çərçivəsində UNEC ilə tərəfdaşdır.[10]
Vikianbarda Sumqayıt Dövlət Universiteti ilə əlaqəli mediafayllar var. |
Universitet haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |