Suruç terror aktı (türk. Suruç saldırısı) - 2015-ci ilin 20 iyul tarixində Türkiyənin Şanlıurfa vilayətinin Suruç səmtində yerli vaxtla saat 12:00-da baş vermiş bombalı intihar hücumu.[1] Terror aktı nəticəsində ən azı 31 nəfərin həlak olduğu və 100 nəfərdən çox şəxsin yaralandığı bildirilir.[2] Hücum; Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvlərinin toplaşdığı Amara Mədəniyyət Mərkəzinin baxçasında 300 nəfərlik qrupa qarşı həyata keçirilmişdir. Silahlı kamikadze özünü SGDF olaraq tanınan sol yönümlü qrupun uzun müddətdir ki, İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən mühasirədə saxlanılan Kobani şəhərinin yenidən bərpa edilməsi ilə bağlı çıxış edərkən partlatmışdır.[3] Əsas ehtimallar terror hücumunun İraq Şam İslam Dövləti terror təşkilatı tərəfindən həyata keçirilməsi ilə bağlıdır.[4][5][6]
Suruç terror aktı | |
---|---|
Suriya vətəndaş müharibəsi və Suriya-Türkiyə sərhəddinə yaşanan gərginlik | |
![]() | |
Hücum yeri |
Suruç, Şanlıurfa, Türkiyə 36°58′50″ şm. e. 38°25′32″ ş. u.HGYO |
Hücum hədəfi | Sosialist Gənclik Dərnəklər Federasiyasının üzvləri |
Vaxt |
20 iyul 2015 təx. 12:00 (UTC+1) |
Hücum üsulu | bombalı hücum |
Həlak olanlar | 31+ |
Yaralılar | 100 |
Terrorçu sayı | 1 |
Təşkilatçılar |
![]() |
![]() |