Sverre Fen (14 avqust 1924[1][2][…], Konqsberq[d], Buskerud[d][5][4] – 23 fevral 2009[1][3][…], Oslo[6]) — Norveç memarı.
Sverre Fen | |
---|---|
Sverre Fehn | |
![]() | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 avqust 1924(1924-08-14)[1][2][…] |
Doğum yeri |
Konqsberq, Buskerud, ![]() |
Vəfat tarixi | 23 fevral 2009(2009-02-23)[1][3][…] (84 yaşında) |
Vəfat yeri |
Oslo, ![]() |
Vətəndaşlığı |
![]() |
Təhsili |
|
İşləri və nailiyyətləri | |
İşlədiyi şəhərlər | Oslo[4] |
Əsas tikililəri | Norveç Buz Muzeyi |
Mükafatları |
![]() |
![]() |
Sverre Fen Norveçin Buskerud bölgəsində yerləşən Konqsberq şəhərində anadan olub. İkinci dünya müharibəsindən sonra Osloda aldığı memarlıq təhsilindən sonra Norveçin əsas memarlarından birinə çevrilmişdir.
1952-1953-cü illərdə Mərakeşdə olduğu zamanlarda bu ölkənin memarlığını öyrəndi.Bu dövrlərdəki memarlıq kəşfləri həyatının qalan hissəsində vacib rol oynamışdır. Daha sonra 2 il Parisdə yaşayan Sverre Fen Jan Pruvun ofisində işlədi. Bu zaman Le Kurbuse ilə tanış oldu. 1954-cü ildə Norveçə qayıdan memar bu zamandan etibarən ofisini açıb layihələrini hazırlamağa başlamışdır.
34 yaşında ikən 1958-ci ildə Brüsseldə keçirilən Ekspo sərgisində məşhurlaşdı. Onun 60-cı illərdəki ən məşhur işi Norveçin Hamar şəhərində yerləşən Hedmarks Muzeyi (1967-1979) idi. Digər maraqlı və məşhur işləri arasında Oslo şəhərindəki Şreyner Evi (1963) və Bambl şəhərində yerləşən Bask Evi (1990) də yer alır. Memarın çox az layihəsi tətbiq edilmişdir.[7]
Sverre Fen 1971-1991-ci illəri arasında Oslo Memarlıq Məktəbində və ABŞ-nin Miçiqan ştatının Blumfild Hills şəhərində yerləşən Kranbruk İncəsənət Akademiyasında dərs vermişdir.
1997-ci ildə Pritsker mükafatına layiq görülmüşdür.[8] Həmçinin Henrik Tessenov Qızıl Medalı ilə mükafatlandırılmışdır.