Türkan Taleh qızı Nəsirova (17 iyul 1992, Sumqayıt) — Azərbaycanı təmsil edən sərbəst güləşçi. Güləş üzrə dünya və Avropa çempionatlarının iştirakçısı.[1]
Türkan Nəsirova | |
---|---|
![]() | |
Şəxsi məlumatlar | |
Tam adı | Türkan Taleh qızı Nəsirova |
Vətəndaşlığı | |
Doğum tarixi | 17 iyul 1992(1992-07-17) (32 yaş) |
Doğum yeri | |
Boyu | 1.55 sm |
Çəkisi | 53 kq |
İdman növü | güləş |
Məşqçisi | Tural Əliyev |
23 iyul 2024 tarixində yenilənib. | |
![]() |
Türkan Nəsirova 6 mart 1997-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olmuşdur. 2014-cü ildə Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbini bitirmişdir. Abşeron rayonu Uşaq-Gənclər İdman Məktəbinin güləş bölməsinin yetirməsidir. 2009-cu ildən güləş ilə məşğul olmağa başlamışdır. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsidir.[2]
Türkan Nəsirova birinci uğurunu 2012-ci ildə Azərbaycanın paytaxtı Bakı şəhərində qazanmışdır. O Gənclərin Dünya Çempionatında finalda məğlub olaraq gümüş medal qazanmışdır. Daha sonra Türkan Nəsirova 2013-cü ildə Monteneqronun Bar şəhərində Gənclərin Avropa Çempionatında bürünc medal qazanmışdır. Bir ildən sonra Türkan Nəsirova 2014-cü ildə Bolqarıstanın Samokov şəhərində analoji yarışda, Gənclərin Avropa Çempionatında qızıl medal qazanmışdır. Elə həmin ildə Yeniyetmələrin Avropa Çempionatında Polşada bürünc medal qazanmışdır. 2014-cü ildə Türkan Nəsirova son uğurunu Gənclərin Dünya Çempionatında qazanmışdır. Türkan Nəsirova Slovakiyada bürünc medal qazanmışdır. 2015-ci ildə isə Türkan Nəsirova Yeniyetmələrin Avropa Çempionatının bürünc medalını, Yeniyetmələrin Dünya Çempionatının isə qızıl medalını qazanmışdır.[3][4]