. Love.az

Turkiyede Ali Tehsil - Wikipedia - Love.az

Ana Səhifə - Turkiyede Ali Tehsil

Türkiyədə ali təhsil — Türkiyə Respublikasında mövcud olan ali təhsil sistemi.

İstanbul Texniki Universitetinin Maçka kampusu

Mündəricat

  • 1 Tarixi
  • 2 Məqsəd və vəzifələri
  • 3 Müddəti
  • 4 Mövcud vəziyyəti
  • 5 İstinadlar
  • 6 Həmçinin bax
  • 7 Mənbə
  • 8 Xarici keçidlər

Tarixi

redaktə

Türkiyədə ali təhsil orta məktəb məzunlarının müvafiq ixtisaslara sahib olmasını və yüksək səviyyəli mütəxəssislər kimi yetişməsini təmin edir.

Təxminən 30 ilə qədər bir müddətdə Türkiyədə ali təhsilin bütün səviyyələrində mərkəzi idarəetmənin olmaması səbəbindən bu sahədə ciddi geriləmə müşahidə edilirdi. Odur ki, 1981-ci ildə ali təhsil sahəsində aparılan islahatlardan sonra Türkiyə Respublikası Ali Təhsil Komitəsi yaradıldı və bütün ali təhsil müəssisələri bu qurumun tabeliyinə verildi. Beləliklə, bundan sonra Ali Təhsil Komitəsi bütün ali məktəblərin fəaliyyətinin koordinasiya olunmasını həyata keçirir və onların işinin müvafiq qanunvericilik çərçivəsində təşkilinə nəzarət edir.

1974-cü ildən fəaliyyətə başlamış Şagird Seçmə və Yerləşdirmə Mərkəzi isə Ali Təhsil Komitəsinin təsbit etdiyi əsaslar çərçivəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarını həyata keçirir.

Məqsəd və vəzifələri

redaktə

Türkiyədə ali təhsilin məqsəd və vəzifələri milli təhsilin ümumi məqsəd və təməl prinsiplərinə uyğun olaraq belə müəyyən edilib:

  • Tələbələri maraq, istedad və qabiliyyətləri müqabilində dövlətin elm və təhsil siyasətinə, əmək qabiliyyəti ehtiyaclarına görə yetişdirmək;
  • Müxtəlif istiqamətlərdə elmi inkişafa nail olmaq;
  • Ölkənin ümumi inkişafı naminə dərin elmi araşdırmalar aparmaq;
  • Hökumət və qeyri-hökumət təşkilatları ilə işbirliyi şəraitində tədris və araşdırma mövzularının nəticələrini cəmiyyətə təqdim etmək;
  • Elmi araşdırmaların nəticələrinə həsr olunmuş, elm və texnikanın inkişafını təmin edən nəşrləri təqdim etmək;
  • Türkiyə cəmiyyətinin ümumi səviyyəsini yüksəldən, ictimai rəyi aydınlaşdıran elmi məlumatları xalqa çatdırmaq və əyani təhsil xidmətləri göstərmək.

Müddəti

redaktə

Türkiyədə ali təhsil müddəti ən az iki ildir[1]. Bu ölkədəki universitetlərdə dörd illik fakültələr ilə iki illik ali peşə məktəbləri və axşam ali təhsil proqramları mövcuddur[1].

Mövcud vəziyyəti

redaktə

Hazırda ölkənin ali təhsil müəssisələri sırasına universitetlər, institutlar, konservatoriyalar, peşə ali məktəbləri daxildir. 2011-ci ildə bu ölkədə 104 dövlət, 62 vəqf universiteti və 7 peşə ali məktəbi fəaliyyət göstərirdi.

İstinadlar

redaktə
  1. ↑ 1 2 Türkiyədə ali təhsil xəyal deyil Arxivləşdirilib 2020-02-20 at the Wayback Machine. telebe.az  (az.)

Həmçinin bax

redaktə
  • Türkiyə universitetlərinin siyahısı
  • Türkiyədə təhsil
  • Türkiyədə orta təhsil

Mənbə

redaktə
  • Bəşarət Məmmədov, Dünya təhsili: Türkiyənin təhsil sistemi (Yazının hazırlanmasında Türkiyənin Azərbaycandakı səfirliyinin təqdim etdiyi rəsmi materiallardan istifadə olunub.), "Azərbaycan müəllimi" qəzeti, 15.04.2011, № 14.  (az.)

Xarici keçidlər

redaktə
  • Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin saytı.  (türk.)
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Türkiyədə_ali_təhsil&oldid=7407951"
LOVE.AZ