. Love.az

Tebriz Olcu Muzeyi - Wikipedia - Love.az

Ana Səhifə - Tebriz Olcu Muzeyi

Təbriz ölçü muzeyi — Qacarlar dövründə tikilmiş Səlmasi evində yerləşən muzey. Muzeydə müxtəlif çəki alətləri ilə yanaşı astronomik ölçü alətləri də nümayiş etdirilir.

Təbriz ölçü muzeyi
Xəritə
38°04′21″ şm. e. 46°17′42″ ş. u.HGYO
Ölkə
  •  İran
Şəhər Təbriz
Yerləşir Təbriz
Aidiyyatı Qacarlar dövləti
Tikilmə tarixi XIX əsr
Təbriz ölçü muzeyi (İran)
Nöqtə
Təbriz ölçü muzeyi

Mündəricat

  • 1 Haqqında
  • 2 Şəkillər
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Haqqında

redaktə

XIX əsrin ortalarında tikilən Səlmasi evi 1998-ci ildə Şərqi Azərbaycan ostanının bələdiyyəsi tərəfindən alınaraq tarixi abidə kimi qeydiyyata alınıb. Sonradan isə burada ölçü muzeyi təşkil edilib. Muzeydə müxtəlif dövrlərdə və müxtəlif sahələrdə istifadə olunan ölçü alətləri nümayiş olunur. Burada həm zərgər tərəzisi, həm bazar tərəzisi, həm də ağır çəkidə tərəvəz məhsullarını satmaq üçün tərəzilər görmək olar. Bundan əlavə, muzeydə astrolyabiya kimi astronomiya alətinə, qədimi kompaslara və saatlara, meteorologiyada işlənən alətlərə rast gəlinir.[1]

Şəkillər

redaktə
  •  
    Muzeyin ümumi görüntüsü
  •  
    Muzeydə nümayiş etdirilən qədim saat
  •  
    Muzeyin girişi

Həmçinin bax

redaktə
  • Məşrutə Evi
  • Behnam evi
  • Həriri evi

İstinadlar

redaktə
  1. ↑ "سیر تحول ابزار سنجش در موزه سنجش تبریز/ ساعت امپراتور روم در تبریز" (fars. ‎). mehrnews.com. 9 aprel 2011. 23 may 2019 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təbriz_ölçü_muzeyi&oldid=6059743"
LOVE.AZ