. Love.az

Tehriri Oqlidis - Wikipedia - Love.az

Ana Səhifə - Tehriri Oqlidis

"Təhriri-Öqlidis" (ərəb. تحریر اقلیدس‎; azərb. Evklidin şərhi‎) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər.

Təhriri-Öqlidis
ərəb. تحریر اقلیدس‎
Müəllif Nəsirəddin Tusi
Orijinalın dili ərəb dili
Orijinalın nəşr ili 1594
Nəşriyyat "Mediçi" mətbəəsi[d]

Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin sübutu təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir.

Mündəricat

  • 1 Tərcümə və nəşr
  • 2 Həmçinin bax
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Tərcümə və nəşr

redaktə

"Təhriri-Öqlidis" kitabı ilk dəfə 1594-cü ildə Romanın "Mediçi" mətbəəsində ərəbcə[1] nəşr edilib.[2][3]

"Təhriri-Öqlidis" 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur.[4]

 
Kitabın azərbaycan dilinə olan tərcüməsinin 2001-ci il nəşri

Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur.[5]

Həmçinin bax

redaktə
  • Zic-Elxani

İstinadlar

redaktə
  1. ↑ "Naxçıvanın Görkəmli Şəxsiyyətlər". shexsiyyetler.nakhchivan.az. 2023-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  2. ↑ Aydın Xəlilov. “Azərbaycanın ilk çap kitabları” (az.). Şərq-Qərb. 1995.
  3. ↑ "Mədəni irsimizin kitab işığı". medeniyyet.az (ingilis). 2023-12-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  4. ↑ Maarifə Hacıyeva. "İlk kitabımız: Bu 421 il qabaq olub…". www.anl.az. 2016-01-07. 2020-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-05.
  5. ↑ "Azərbaycanda ilk dəfə nəşr olunmuşdur". Azərtac.

Xarici keçidlər

redaktə
  • Euclid. Kitāb Taḥrīr uṣūl li-Ūqlīdis. Romæ : In Typographia Medicea, 1594
  • The Recension of Euclid's "Elements"
  • Reading Euclid at Cambridge
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təhriri-Öqlidis&oldid=8102972"
LOVE.AZ