Təsi — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 31 mart 1995-ci il tarixli, 1008 saylı Qərarı ilə Qobustan rayonunun Bədəlli kənd inzibati ərazi vahidinin Təsi kəndi Yekəxana kənd inzibati ərazi vahidi tərkibinə verilmişdir.[1]
Təsi | |
---|---|
40°29′39″ şm. e. 48°45′55″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 401 m |
Saat qurşağı | |
Xəritəni göstər/gizlə
|
Yerli məlumata görə, Təsi kəndin əsasını qoymuş şəxsin adıdır. Bəzi mənbələrə görə, təsi monqol tayfalarından birinin adıdır. Monqolustan ərazisində Təsi adlı çay da vardır.[2]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 386 nəfər əhali yaşayır.[3]
Qobustan rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |