Təvəkkül Hadı oğlu Şükürbəyli (1 iyun 1943, Ağdam rayonu) — rus dili üzrə mütəxəssis, leksikoloq, leksikoqraf, filologiya elmləri doktoru, professor.
Təvəkkül Şükürbəyli | |
---|---|
Təvəkkül Hadı oğlu Şükürbəyli | |
Doğum tarixi | 1 iyun 1943(1943-06-01) (82 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | filologiya |
Elmi dərəcəsi | |
Elmi adı |
Təvəkkül Hadı oğlu Şükürbəyli 1943-cü il iyunun 1-də Azərbaycan Respublikasının Ağdam rayonunda anadan olmuşdur. 1960-cı ildə Boyəhmədli kənd orta məktəbini bitirmişdir. 1960–1963-cü illərdə Nuxa (Şəki) tibb məktəbində oxumuşdur. 1964–1967-ci illərdə hərbi xidmətdə olmuş və "20 лет победы в Великой Отечественной войне 1941–1945 гг." medalı ilə təltif edilmişdir. 1968–1973-cü illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunun rus dili və ədəbiyyatı fakültəsində təhsilini davam etdirmiş, tədris əlaçısı olmuş, institutu fərqlənmə diplomu ilə bitirmişdir. Lenin təqaüdçüsü olmuşdur. İnstitutu bitirdikdən sonra Ağdamın kənd məktəblərində rus dili və ədəbiyyatı müəllimi işləmişdir. 1975–1978-ci illərdə Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunun (indiki Bakı Slavyan Universiteti) aspiranturasına daxil olmuşdur. Professor M. T. Tağıyevin rəhbərliyi ilə tədqiqat işi aparmışdır. 1980 ildə Tibilisi Dövlət Pedaqoji İnstitutunda "Лекикографическая разработка глаголов непродуктивных классов русского языка" movzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Aspiranturadan sonra leksikologiya kafedrasında müəllim, baş müəllim dosent vəzifələrində çalışmışdır. Rus dilinin fonetikasından, ifadəli oxudan, mətnin linqvistik təhlilindən, rus dilinin ümumi kursundan məşğələlər aparmış, müasir rus dilinin leksikologiyasından mühazirələr oxumuşdur.
Təvəkkül Şükürbəyli eyni zamanda tədqiqat işini davam etdirmiş və 1995 ildə Bakı Dövlət Universitetində "Лексико-грамматические особенности глаголов русского языка и принципы их описания в двуязычном словаре" adlı doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Dissertasiyada müasir rus dilinin 40 minə qədər feili tədqiqat obyektinə çevrilmişdir.
Təvəkkül Şükürbəyli hazırda Bakı Slavyan Universiteti Rus dili kafedrasının professorudur, regionşünaslıq və tərcümə fakültələrində müasir rus dilinin nəzəri kursundan dərs deyir. 2005 ildən "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyasına rəhbərlik edir.
Professor Təvəkkül Şükürbəyli 100-dən çox elmi işin, o cümlədən: "Словоизменение русских глаголов" (Баку, 1993), "Русская и двуязычная лексикография" (Баку, 1996), "Глагольное словоизменение современного русского языка" (Баку, 2005) kitablarının müəllifidir. Bundan əlavə Təvəkkül Şükürbəyli bir sıra lüğətlərin müəllifi və redaktorudur. Bunlardan "Azərbaycanca-rusca lüğəti", "Rusca-azərbaycanca tədris lüğətini", "Rus dilinin tədris lüğətini", "Ukraynaca-azərbaycanca tədris lüğətini" və başqalarını göstərmək olar.
Professor Təvəkkül Şükürbəyli rəhbərliyi ilə Bakı Slavyan Universitetinin "Lüğət mərkəzi" elmi-tədqiqat laboratoriyasında "Yeni çoxcildli Rusca-azərbaycanca lüğət"in tərtibi həyata keçirilir.
Professor Təvəkkül Şükürbəyli Bakı Slavyan Universitetinin Elmi Şurasının və bu universitetin nəzdində fəaliyyət göstərən müdafiə şurasının üzvüdür.