. Love.az

Teyyar Abbasov - Wikipedia - Love.az

Ana Səhifə - Teyyar Abbasov

Təyyar Abbasov (tam adı: Təyyar Fərzulla oğlu Abbasov; d.10 fevral 1941; Masallı, Yelağac.– ö.7 oktyabr 2006, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1991), professor (1994).

Təyyar Abbasov
Təyyar Fərzulla oğlu Abbasov
Doğum tarixi 10 fevral 1941
Doğum yeri Azərbaycan, Masallı, Yelağac
Vəfat tarixi 7 oktyabr 2006 (65 yaşında)
Vəfat yeri Azərbaycan, Bakı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti Azərbaycanlı
Elm sahəsi fizika-riyaziyyat
Elmi dərəcəsi fizika-riyaziyyat elmləri doktoru
Elmi adı professor

Mündəricat

  • 1 Həyatı
  • 2 Fəaliyyəti
  • 3 Həmçinin bax
  • 4 Mənbə

Həyatı

redaktə

Təyyar Abbasov 1941-ci ilin fevral ayının 10-da Azərbaycanın Masallı rayonunun Yelağac kəndində anadan olmuşdur. 1968-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmişdir. 2006-cı ilin oktyabr ayının 7-də Bakı şəhərində vəfat etmişdir. [1]

Fəaliyyəti

redaktə

T.Abbasov 1964–75-ci illərdə Azərbaycan SSR EA-nın Fizika İnstitunda yarımkeçiricilər və dielektriklər fizikası laboratoriyasında, 1975–78-ci illərdə Azərbaycan SSR EA-nın radiasiya tədqiqatları bölməsində işləmiş, 1978–2006-cı illərdə Azərbaycan Texniki Universitetinin fizika kafedrasının müdiri, həmçinin polimer materialları laboratoriyasının rəhbəri olmuşdur. 130-dan artıq elmi əsərin müəllifidir. [1]

Həmçinin bax

redaktə
  • Maarif Əkbərov
  • Solmaz Mustafayeva

Mənbə

redaktə
  1. ↑ 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 21. ISBN 978-9952-441-02-4.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Təyyar_Abbasov&oldid=7947570"
LOVE.AZ