Təzə İbiş, İbiş — İbiş - Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.[1]
Tarixi Azərbaycan əraziləri | |
Təzə İbiş | |
---|---|
Ümumi məlumatlar | |
Bölgə | Ağbaba mahalı |
İndiki adı | Dayrik |
Adının dəyişdirilmə tarixi | 1991 |
Əhalisi | 580 (1987) |
Xəritədə yeri | |
Təzə İbiş kəndi 1988-ci ilə qədər Qərbi Azərbaycanın Amasiya (Ağbaba) rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Təzə İbiş kəndidə dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir.
Kənd rayon mərkəzindən 14 km şimal-qərbdə, Türkiyə sərhəddində yerləşir. Qafqazın 5 verstlik xəritəsində[2] qeyd edilmişdir. Kəndin digər adı Ayçınqılı olmuşdur[3]. Kəndin sakinləri yalnız azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kənddə qarapapaqların yaşadığı göstərilir[3]. Qarapapaqlar azərbaycanlılarn etnoqrafik qruplarından biridir.
Toponim şəxs adı əsasında əmələ gəlmiş antropotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Yerizak qoyulmuşdur.
Kənddə 1897-ci ildə 118 nəfər, 1906-cı ildə 460 nəfər, 1914-cü ildə 568 nəfər azərbaycanlı yaşamışdır[4]. 1916-cı ildə azərbaycanlılar qovulmuşdur. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra kəndin sakinləri öz kəndlərinə qayıtmışdır. 1922-ci ildə kənddə 221 nəfər, 1926-cı ildə 300 nəfər, 1931-ci ildə 275 nəfər[4], 1970-ci ildə 382 nəfər, 1987-ci ildə 580 nəfər[5] azərbaycanlı yaşamışdır.
1989-cu ilin yanvarında azərbaycanlılar öz doğma torpaqlarından ermənilər tərəfindən qovulmuşdur. İndi ermənilər yaşayır.