. Love.az

Tagi Bey Seferelibeyov - Wikipedia - Love.az

Ana Səhifə - Tagi Bey Seferelibeyov

Tağı bəy Hüseynqulu bəy oğlu Səfərəlibəyov (1881–1936) — mühəndis.

Tağı bəy Səfərəlibəyov
Səfərəlibəyov Tağı bəy Hüseynqulu bəy oğlu
Doğum tarixi 1881
Doğum yeri Bakı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1936
İxtisası Riqa Politexnik İnstitutu

Mündəricat

  • 1 Həyatı
  • 2 Ailəsi
  • 3 Həmçinin bax
  • 4 İstinadlar

Həyatı

redaktə

Tağı bəy Səfərəlibəyov Riqa Politexnik İnstitutunu bitirmişdi. İri neft və balıq sənayeçisi olmuşdu. ADR dönəmində Sənaye və Ticarət nazirinin müavini idi. Sovet dönəmində Azərbalığın kommersiya direktoru vəzifəsində çalışmışdı.

Tağı bəy Səfərəlibəyov 1932-ci ildə həbs olunmuşdur.

Ailəsi

redaktə

Tağı bəy Gülşən xanım Əlibəyova ilə ailə qurmuşdu. İsmayıl bəy, Məsud bəy adlı oğlanları, Suqra xanım, Asiya xanım və Leyla xanım adlı qızları vardı.

  • Fərhad Bədəlbəylinin ana babasıdır.

Həmçinin bax

redaktə
  • Səfərəlibəyovlar

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tağı_bəy_Səfərəlibəyov&oldid=7164137"
LOVE.AZ