. Love.az

Tahir Eliyev General - Wikipedia - Love.az

Ana Səhifə - Tahir Eliyev General
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Tahir Əliyev.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Tahir Yunus oğlu Əliyev (9 aprel 1954, Cılfır, Qubadlı rayonu) — polis generalı, Azərbaycan Respublikasının müdafiə naziri (24 fevral 1992 – 17 mart 1992), Azərbaycan Respublikası Daxili İşlər Naziri (17 mart 1992 – 25 aprel 1992), Dövlət Gömrük Komitəsinin sədri (30 iyul 1993 – 10 yanvar 1995). Vəzifədə olduğu dövrdə Azərbaycan Xalq Cəbhəsi hərəkatını dəstəkləmişdir.[1]

Tahir Əliyev
Azərbaycan Respublikası
Müdafiə Naziri
24 fevral 1992 – 17 mart 1992
ƏvvəlkiŞahin Musayev
SonrakıRəhim Qazıyev
Azərbaycan Respublikası
Daxili İşlər Naziri
17 mart 1992 – 25 aprel 1992
ƏvvəlkiTofiq Kərimov
Sonrakıİsgəndər Həmidov
Azərbaycan Respublikası
Dövlət Gömrük Komitəsinin Sədri
30 iyul 1993 – 10 yanvar 1995
Əvvəlkiİbrahim Vəliyev
SonrakıKəmaləddin Heydərov
Şəxsi məlumatlar
Doğum tarixi 9 aprel 1954(1954-04-09) (71 yaş)
Doğum yeri
  • Cılfır, Qubadlı rayonu, Azərbaycan SSR, SSRİ
Təhsili SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyası
Hərbi xidmət
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Rütbəsi
General-mayor

Həyatı

redaktə

Tahir Əliyev əslən Qubadlı rayonunun Cılfır kəndindəndir. Uşaqlığı Yevlax şəhərində keçib. Orta məktəbi Gorusun Şurnuxu kəndində bitirib. 1971–1972-ci illərdə Mingəçevir şəhərində politexnik texnikumda təhsil alıb. 1975-ci il Kemerova DİO-də işə düzəlib. Sonralar orta milis məktəbi, Omsk şəhər Ali Milis Məktəbi və SSRİ Daxili İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb. 1988-ci ildə DQMV Daxili İşlər İdarəsi rəisinin müavini, elə həmin ilin payızında isə Sumqayıt Şəhər Daxili İşlər İdarəsini rəis müavini təyin edilib. 1991-ci ildə Azərbaycan Ali Sovetinə xalq deputatı seçilib. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir[2]. 1992-ci il 24 fevralda Azərbaycanın müdafiə naziri, 21 gün sonra[3], yəni 1992-ci il martın 17-də isə daxili işlər naziri təyin olunub.[4] İki aydan sonra 38 yaşlı general sərəncama göndərilib.[5] 1993-cü ilin ikinci yarısından 1995-ci ilin yanvarına kimi Azərbaycan Respublikası Gömrük Komitəsinin sədri vəzifəsində işləyib.[6][7] Hazırda ehtiyatda olan generaldır.

İstinadlar

redaktə
  1. ↑ Tumşis, 2016. səh. 101
  2. ↑ "Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının təşkil edilməsi haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 26 noyabr 1991-ci il tarixli, 276-XP nömrəli Qərarı. e-qanun.az Arxivləşdirilib 2022-04-01 at the Wayback Machine (az.)
  3. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  4. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  5. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-05.
  6. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-04-05.
  7. ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-04-05.

Xarici keçidlər

redaktə
  • YouTubeda barəsində videolar
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tahir_Əliyev_(general)&oldid=7710057"
LOVE.AZ