Tahir Cabbar oğlu Əliyev (28 aprel 1975, Bakı) — Azərbaycan kinorejissoru.
Tahir Əliyev | |
---|---|
Tahir Cabbar oğlu Əliyev | |
![]() | |
Digər adı | Tahir Tahiroviç |
Doğum tarixi | (50 yaş) |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Vətəndaşlığı |
![]() ![]() |
Fəaliyyəti | rejissor |
Fəaliyyət illəri | 1998–h.h. |
Təhsili |
Tahir Əliyev 28 aprel 1975-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kinorejissorluq fakültəsində (Cəmil Quliyevin emalatxanası) təhsil alıb (1993–1998). Türkiyə Cümhuriyyəti İstanbul Beykent Universitetində Sinema üzrə magistr təhsili alıb. (2012–2014).
Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət insitutunun "Teatr, kino və televiziya" şöbəsinin aspirantıdır.
Tahir Əliyev "Azərbaycanfilm" kinostudiyasında rejissor assistenti (1995–2000), "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində kinorejissor (2003–2007), AzTV-nin "Xüsusi layihələr" departamentində rejissor (2007–2008), "Salnamə" kinostudiyasında quruluşçu rejissor (2008–2016) kimi çalışıb. 2016–2020-ci illərdə Aran Film Yaradıcılıq Mərkəzinin bədii rəhbəri kimi çalışıb.
Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir. [1]"Nova Gorica" kino mərkəzinin təsisçisi və direktoru, Sloveniya-Azərbaycan Dostluq Cəmiyyətinin Azərbaycan nümayəndəsidir. Bir çox Beynalxalq Kino Festivalların iştirakçısı və qalibi olub. Azərbaycan Peşakar Kinorejissorlar Gildiyasının üzvdür.
Rejissor kimi
Ssenari müəllifi kimi
Aktyor kimi
Məsləhətçi kimi
Bədii rəhbər kimi
İştirak etdiyi film
Prodüsser kimi