. Love.az

Taksonlarin Adlandirilmasinda Istifade Olunan Isarelemeler - Wikipedia - Love.az

Ana Səhifə - Taksonlarin Adlandirilmasinda Istifade Olunan Isarelemeler
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Bu məqaləni vikiləşdirmək lazımdır.
Lütfən, məqaləni ümumvikipediya və redaktə qaydalarına uyğun şəkildə tərtib edin.

Taksonların adlandırılmasında istifadə olunan işarələmələr.

Mündəricat

  • 1 ex
  • 2 in
  • 3 nom. cons.
    • 3.1 nom. cons.

ex

redaktə
  • ex (latınca) — dan, ilə, birlikdə, əlbir.
1. Botanikada iki müəllifin soyadı ilə bağlı işlənir və onu göstərir ki, taksonun adını ikinci müəllif həqiqətən nəşr etdirib, birinci müəllif isə təklif edib və nəşr etdirməyib;
2. Zoologiya və bakteorologiyada soyadla bağlı işlənir və onu göstərir ki, birinci müəllif taksonun adını nəşr etdirmiş, ikinci müəllif tərəfindən ad təklif olunmuş, amma nəşr etdirilməmişdir.

in

redaktə
  • in (lat.) — da, də; iki müəllifin adı ilə əlaqədar işlədilir. Belə ki, ikinci müəllif bütün nəşr və işlərin müəllifi, birinci isə taksonun adının elan edilməsi və ya yararlı olmasına məsul olur.
Nümunə: Pimpinella hookeri C.B.Clarke in Hook.f. — o deməkdir ki, Cozef Dalton Hukerin işində taksona verilən adı Çarlz Beron Klark elan etmişdir.

nom. cons.

redaktə

nom. cons.

redaktə
  • nom. cons. (lat. nomen conservandum ifadəsinin qısaldılmış forması)
1. botanikada: taksonun mühafizə edilmiş adı; Botaniki Nomenklaturanın Beynəlxalq Kodeksindəki adlandırılmaya müxalif olmasına baxmayaraq, belə adın istifadə edilməsinə rəsmi olaraq icazə verilib.
Məsələn: Amborellaceae Pichon, nom. cons. (1948)
2. zoologiyada: taksonun saxlanılmış adı; Zooloji Nomenklaturanın Beynəlxalq Kodeksindəki adlandırılmaya müxalif olmasına baxmayaraq, belə adın istifadə edilməsinə rəsmi olaraq icazə verilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Taksonların_adlandırılmasında_istifadə_olunan_işarələmələr&oldid=6829030"
LOVE.AZ