. Love.az

Talis Sogani - Wikipedia - Love.az

Ana Səhifə - Talis Sogani

Talış soğanı (lat. Allium talyschense) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin amarilliskimilər fəsiləsinin soğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir (VU D2). Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Talış soğanı
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Birləpəlilər
Dəstə:
Qulançarçiçəklilər
Fəsilə:
Amarilliskimilər
Yarımfəsilə:
Allioideae
Triba:
Allieae
Cins:
Soğan
Növ:
Talış soğanı
Beynəlxalq elmi adı
  • Allium talyschense Grossh., 1928
Vikianbarın loqotipi
Şəklin VikiAnbarda
axtarışı
EOL  1085026

Mündəricat

  • 1 Qısa morfoloji təsviri
  • 2 Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
  • 3 Yayılması
  • 4 Sayı və tendensiyası
  • 5 Məhdudlaşdırıcı amillər
  • 6 Mühafizə tədbirləri
  • 7 İstinadlar
  • 8 Həmçinin bax

Qısa morfoloji təsviri

redaktə

Çoxillik ot bitkisidir. Soğanaq yumurtavari və ya 1,5 sm yoğunluğunda, boz qınlıdır. Yarpaqlar novşəkilli, 2-3 mm enində, xətvaridir. Çətir şarvari, çoxçiçəklidir. Çiçəkyanlığı 5 mm uzunluğundadır, enli-zəngvari, ağ-çəhrayımtıl, tünd-qırmızı damarlıdır. Erkəkcik sapı çiçəkyanlığından qısadır, əsası qısa kirpicklidir, xaricdən neştərşəkilli, daxildən 3 bölümlü, sütuncuq çiçəkyanlığından kənara çıxmır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

redaktə

Çiçəkləmə və meyvələmə dövrü aprel-may aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Kseromezofitdir. Dekorativ bitkidir.

Yayılması

redaktə

Diabar, Lənkəranın dağlıq hissəsində yayılmışdır. Orta və subalp qurşaqlarında quru qayalı yerlərdə rast gəlinir.

Sayı və tendensiyası

redaktə

Hazırda populyasiyanın Hirkan Milli Parkında qorunmasına və sabitliyinə baxmayaraq antropogen təsirlər azalma tendensiyasını yarada bilər.

Məhdudlaşdırıcı amillər

redaktə

Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən toplanılması, otarılma və tapdalanma.

Mühafizə tədbirləri

redaktə

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür, antropogen təsiri azaltmaq məqsədilə yasaqlıqlar təşkil olunmalıdır.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Talış_soğanı&oldid=7175993"
LOVE.AZ