. Love.az

Tarixde 100 En Nufuzlu Sexs - Wikipedia - Love.az

Ana Səhifə - Tarixde 100 En Nufuzlu Sexs

Tarixdə 100 ən nüfuzlu şəxs (ing. The 100: A Ranking of the Most Influential Persons in History) — amerikan astrofiziki Maykl Hartın (ing. Michael H. Hart) 1978 və 1992-ci illərdə nəşr olunmuş kitabılarının adı. Kitablar qısa tərcümeyi-hallar məcmuəsidir. Kitabda əsas siyahıdan olan insanlarla yanaşı, digər mühüm şəxslərin də siyahısı verilmişdir. Bu siyahıda, əsas siyahıdan fərqli olaraq, şəxslərin daha kiçik həcmli qısa tərcümeyi-halları da verilmişdir.

Tarixdə 100 ən nüfuzlu şəxs
ing. The 100: A Ranking of the Most Influential Persons in History
Müəllif Maykl Hart
Orijinalın dili ingilis dili
Orijinalın nəşr ili 1978

İlk onluq

redaktə
Sıra nömrəsi Ad Yaşadığı illər Şəkil Vəzifəsi Təsiri
1 Məhəmməd 570 - 632
  Dünyəvi və dini lider İslam dininin banisi, müsəlmanların peyğəmbəri, eyni zamanda dövlət xadimi, diplomat, sosial islahatçı, tacir, filosof, natiq, hərbi lider.
2 İsaak Nyuton 1643–1727   Alim İngilis fiziki, riyaziyyatçı, astronom, filosof, əlkimyaçı və teoloq.
3 İsa Məsih E.ə.7–2 – b.e.26–36   Dini lider Xristianlığın mərkəzi fiquru
4 Budda E.ə.563–483   Dini lider Qədim Hindistanda dini müəllim və filosof, Buddizmin banisi.
5 Konfutsi E.ə.551–479   Filosof Qədim Çin mütəfəkkiri, filosof, Konfusianizmin banisi.
6 Həvari Pavel 5–67   Xristian həvari xristianlıq tarixində ən böyük missioneri, Əhdi Cədiddə 13 müraciətnamə onun adını daşıyır.
7 Çay Lun 50–121 A   Çin ixtiraçısı Kağızın ixtiraçısı
8 İohann Qutenberq 1398–1468   İxtiraçı İlk dəfə mexaniki çap üsulunu ixtira etmiş alman ixtiraçısı
9 Xristofor Kolumb 1451–1506   Səyyah İtalyan dəniz səyyahı, Amerikanı kəşf edən şəxs.
10 Albert Eynşteyn 1879–1955   Alim Alman nəzəri fiziki

Xarici keçidlər

redaktə
  • Hart, Michael H. The 100: A Ranking of the Most Influential Persons in History. New York: Carol Publishing Group/Citadel Press; first published in 1978, reprinted with minor revisions 1992. ISBN 978-0-8065-1068-2
  • Основной список и список почетных упоминаний (1992) Arxivləşdirilib 2015-03-01 at the Wayback Machine
  • The 100 (1992), Michael H. Hart
  • Анализ религиозных воззрений 100 самых влиятельных людей (1992)Arxivləşdirilib 2012-01-06 at the Wayback Machine.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tarixdə_100_ən_nüfuzlu_şəxs&oldid=7849489"
LOVE.AZ