Tehran Əlişanoğlu (Tehran Əlişan oğlu Mustafayev; 16 yanvar 1960, Bakı) — AMEA-nın müxbir üzvü (2017),[1] ədəbiyyatşünas, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist.
Tehran Əlişanoğlu | |
---|---|
Tehran Əlişan oğlu Mustafayev | |
Doğum tarixi | 16 yanvar 1960(1960-01-16) (65 yaş) |
Doğum yeri | |
Elm sahəsi | ədəbiyyatşünaslıq |
Elmi dərəcəsi | filologiya elmləri doktoru |
Elmi adları | AMEA-nın müxbir üzvü, Professor |
Təhsili | Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsi |
![]() |
Tehran Əlişanoğlu 1960-cı il yanvar 16-da Bakı şəhərində dünyaya gəlmişdir. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirmişdir. 1983–1989-cu illərdə orta məktəb müəllimi, 1989–2006-cı illərdə AMEA Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi, 1994–1996-cı illərdə Futurologiya İnstitutunun, 2001-dən bugünəcən Bakı Slavyan Universitetinin filoloji fakültəsində ali məktəb müəllimi kimi çalışır. Azərbaycan ədəbiyyatı kafedrasının əməkdaşıdır. 1993–1995-ci illərdə AMEA-nın "Elm" qəzetində, 1996–2004-cü illərdə Azərbaycan Yazıçılar Birliyinin "Ədəbiyyat qəzeti"ndə baş redaktor müavini vəzifəsində çalışmışdır. Heç bir partiyaya üzv olmamışdır.1998-ci ildə Azərbaycan Yazıçılar birliyinə daxil olmuşdur.
1985–1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil almışdır. "Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960–1980-ci illər)" mövzusunda namizədlik (1990), "XX əsr Azərbaycan nəsrinin poetikası" mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə etmişdir. Filologiya elmləri doktoru, professordur. Mətbuatda 1981-ci ildən çıxış etməyə başlamış, ədəbi-tənqidi və publisist yazıları ilə "Ədəbiyyat və incəsənət", "Elm", "Qala", "Mübarizə", "Yeni müsavat" qəzetlərində görünmüşdür. 1995-ci ildən başlayaraq ədəbi köşə yazıları ilə ardıcıl "Press-fakt" (1995–1997, 2000), "Ədəbiyyat qəzeti" (1996–2004), "Rezonans" (1998–1999), "Ekspress" (1999), "Bizim əsr" (1999, 2001–2002), "Yeni Azərbaycan" (2003) qəzetlərində çıxış etmiş, çağdaş ədəbi-tənqidi prosesin ən fəal fiqurlarından biri kimi tanınmışdır. Azərbaycan ədəbi internetinin əsasını qoyan "YeniSi" www.yenisi.net saytının (2002) yaradıcılarından biridir. Marağını ilk növbədə çağdaş ədəbiyyat, onun nəzəriyyəsi və praktikası məşğul edir. "Tənqid.net" jurnalını (2006) təsis etmişdir. 21 kitab, yüzlərlə məqalə müəllifidir.
T. Mustafayev, Tehran Mustafayev, Əlişanoğlu, T. Mustafayi, Tehran Əlişanoğlu, T. Alişan, Tehran, Neqə, Sadiq Vəli və s.