. Love.az

Telanqana - Wikipedia - Love.az

Ana Səhifə - Telanqana

Telanqana — Hindistanın cənubunda ştat. 114,840 km2 ərazi ilə Hindistanın 12-ci iri ştatıdır.

Telanqana
تلنگانہ
Bayraq
Bayraq
17°59′24″ şm. e. 79°35′24″ ş. u.HGYO
Ölkə
  •  Hindistan
Tarixi və coğrafiyası
Əsası qoyulub 2 iyun 2014
Sahəsi
  • 112.077 km²[1]
Saat qurşağı
  • UTC+05:30
Əhalisi
Əhalisi
  • 35.193.978 nəf. (2011)
Rəsmi dili
  • Teluqu dili,
  • Urdu dili
Rəqəmsal identifikatorlar
Poçt indeksi 50
Nəqliyyat kodu TS
Digər
telangana.gov.in
Xəritəni göstər/gizlə
Telanqana xəritədə
Telanqana
Telanqana
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərazisinin böyük hissəsi Heydərabad ştatının tərkibində olmuş (Medak və Varanqal rayonları), Britaniya Racı dönəmində Heydərabad Nizamı tərəfindən idarə olunmuş, 1948-ci ildə Hindistan dominionuna qoşulmuşdur. 1956-cı ildə ştatların linqvistik xüsusiyyətlərə görə yenidən təşkil olunarkən Heydərabad ştatının Teluqu dilində danışan hissəsi – Telanqana Andhra ştatına birləşdirildi, yeni Andhra Pradeş ştatı quruldu. 2014-ci ilin iyunun 2-də Telanqana Andhra Pradeşdən ayrılaraq paytxatı Heydərabad şəhəri olan 29-cu yeni ştat oldu. Heydərabad on ildən çox olmayan müddətdə Andhra Pradeş və Telanqana ştatlarının birləşmiş paytaxtı kimi fəaliyyət göstərməyə davam edəcəkdir.

Telanqana şimaldan Maharaştra, Çhatisqarh; qərbdən Karnataka; cənub, şərq və şimal-şərqdən Andhra Pradeş ştaları ilə qonşudur. Ştatın 35,286,757 nəfər (2011-ci ilin statistikası) əhalisi var. Əsas şəhərləri Heydərabad, Nizamabad, Xarimnaqar, Xammam, Varanqal şəhərləridir.

İstinadlar

redaktə
  1. ↑ http://www.telangana.gov.in/About/State-Profile.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Telanqana&oldid=6217033"
LOVE.AZ