Əliyev Telman Rüstəm oğlu (1 noyabr 1947, Kirovabad – 4 iyul 2017, Bakı) — azərbaycanlı aktyor.
Telman Əliyev | |
---|---|
Telman Rüstəm oğlu Əliyev | |
![]() | |
Doğum tarixi | |
Doğum yeri | Gəncə, Azərbaycan SSR |
Vəfat tarixi | (69 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Ürəktutma |
Vətəndaşlığı | Azərbaycan |
Həyat yoldaşı | Zemfira Əliyeva[1] |
Fəaliyyəti | aktyor |
Təhsili | |
Mükafatları |
![]() ![]() |
Telman Əliyev 2 noyabr 1947-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni–maarif fakültəsini bitirmişdir. Gəncə Dövlət Dram Teatrının səhnəsində çox sayda tamaşada rol almışdır. 2000-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir. Bir neçə televiziya tamaşasında və filmdə çəkilmişdir.
4 iyul 2017-ci ildə 69 yaşında ürəktutmadan vəfat etmişdir.[2] Xırdalan qəbiristanlığında dəfn olunmuşdur.[3]
Gəncə Dövlət Dram Teatrı
Akademik Milli Dram Teatrı