. Love.az

Tiosav Yankovic - Wikipedia - Love.az

Ana Səhifə - Tiosav Yankovic

Tiosav Yankoviç (serb. Тиосав Јанковић; 29 sentyabr 1974) — Serbiya hərbi xadimi, Serbiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin general-leytenantı, 2024-cü ildən Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini. O, 2023–2024-cü illərdə Baş Qərargahın Əməliyyat İdarəsinin rəisi, 2018–2023-cü illərdə isə Serbiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qüvvələrinin 250-ci raket briqadasının komandiri olmuşdur.

Tiosav Yankoviç
serb. Тиосав Јанковић
Şəxsi məlumatlar
Doğum tarixi 29 sentyabr 1974(1974-09-29) (50 yaş)
Hərbi fəaliyyəti
Rütbəsi general-mayor
Döyüşlər
  • NATO-nun Yuqoslaviyaya qarşı müharibəsi
Təltifləri "İgidliyə görə" ordeni (Democratic Federal Yugoslavia)

Mündəricat

  • 1 Həyatı
  • 2 Mükafatları
  • 3 Rütbələri
  • 4 Mənbə
    • 4.1 İstinadlar
    • 4.2 Ədəbiyyat

Həyatı

redaktə

Tiosav Yankoviç 1997-ci ildə Serbiya Hərbi Akademiyasını (raket qoşunları və hava hücumundan müdafiə fakültəsi) bitirmişdir. O, həmin ildən Yuqoslaviya Federativ Respublikası Silahlı Qüvvələrində, 2003-cü ildən bəri Serbiya və Monteneqro Silahlı Qüvvələri sıralarına, 2006-cı ildən isə Serbiya Silahlı Qüvvələrində xidmət etmişdir. Yankoviç 2008-ci ildə komanda-qərargah ixtisasartırma kurslarını, 2013-cü ildə Baş Qərargah üzrə ixtisasartırma kurslarını, 2017-ci ildə isə təhlükəsizlik və müdafiə üzrə ali kursları başa vurmuşdur.[1][2]

Yankoviç Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiədə xidmət edən zaman 250-ci raket briqadasının 3-cü batareyasında xidmət etmişdir.[2] Bu batareya 27 mart 1999-cu ildə Amerika Birləşmiş Ştatlarının F-117A sərrast bombardman təyyarəsini, 2 may tarixində isə sonradan ABŞ Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi olmuş polkovnik-leytenant Devid Qoldfeynin idarə etdiyi F-16 qırıcısını vurmuşdur.[3] Yankoviç zenit-raket kompleksi (ZRK) texniki, ZRK navodka zabiti, batareya navodka komandiri, hava hücumundan müdafiə divizionunun komandir müavini və raket divizionunun komandiri vəzifələrində çalışmışdır. O, 250-ci raket briqadasında əməliyyat məsələləri üzrə komandir köməkçisi, daha sonra qərargah rəisi və komandir müavini olmuşdur.[1] Yankoviç 2018–2023-cü illərdə 250-ci raket briqadasına komandanlıq etmişdir.[2][4]

Yankoviç 6 iyul 2023-cü ildən[2] Serbiya Silahlı Qüvvələri Baş Qərargahının Əməliyyat İdarəsinin (J-3) rəisi vəzifəsini tutmuşdur.[1] O, 13 noyabr 2024-cü ildən isə Serbiya Silahlı Qüvvələri Baş Qərargahının müavini təyin edilmişdir.[5]

Mükafatları

redaktə

Tiosav Yankoviç aşağıdakı mükafatlarla təltif edilmişdir:[1]

  • "Cəsarət" ordeni (1999)
  • "Hərbi xidmətdə görkəmli nailiyyətlərə görə zabit" medalı (2012 və 2019)
  • "Serbiya Silahlı Qüvvələrinin yubiley" medalı (2015)
  • "Belqrad-2014 hərbi paradı iştirakçısının xatirə" medalı (2015)
  • "Yuqoslaviya Federativ Respublikası ərazisində döyüş əməliyyatları iştirakçısı" medalı (2015)
  • "Xidmətlərə görə" gümüş medalı (2016)
  • "20 illik səylə xidmətə görə" xatirə medalı (2017)
  • "NATO təcavüzündən Vətənin müdafiəsinin 20 illiyi xatirə" medalı (2019)[6]
  • "Şimşək zərbəsi birləşmiş taktiki təlimləri iştirakçısı" medalı (2021)

Rütbələri

redaktə
Verilmiş hərbi rütbələr [1]
Podporuçik Leytenant Kapitan Baş kapitan Mayor Polkovnik-leytenant Polkovnik Briqada generalı General-mayor General-polkovnik
                   
1997 1999 2001 2004 2008 2012 2015 2019 2023 2024

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. ↑ 1 2 3 4 5 Војска Србије
  2. ↑ 1 2 3 4 Igor Salinger. "Pukovnik Novica Gogić novi komandant 250. brigade za PVD, general Janković na čelu J-3". Telegraf.rs[serb.]. 2023-07-06. İstifadə tarixi: 2025-03-28.
  3. ↑ "Обележено 60 година од формирања 250. ракетне бригаде" (serb). Радио и телевидение Сербии. 2022-11-24. İstifadə tarixi: 2025-03-28.
  4. ↑ "Пуковник Тиосав Јанковић нови командант 250. бригаде" (serb). Вооружённые силы Сербии. 2018-02-19. İstifadə tarixi: 2025-03-28.
  5. ↑ "Укази о унапређењима и постављењима на нове дужности". Вооружённые силы Сербии. 2024-11-13. İstifadə tarixi: 2025-03-02.
  6. ↑ "Војне споменице уручене припадницима 250. ракетне бригаде за ПВД". Министерство обороны Сербии. 2019-04-15. İstifadə tarixi: 2025-03-28.

Ədəbiyyat

redaktə
  • "Зоран Насковић" (serb). Вооружённые силы Сербии. 2025-03-26 tarixində arxivləşdirilib.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tiosav_Yankoviç&oldid=8139776"
LOVE.AZ