Tirli Vilhelm[3] (lat. Willelmus Tyrensis) və ya Tirli Giyom (fr. Guillaume de Tyr; təq. 1130[1][2], Qüds – 29 sentyabr 1186, Qüds) — Yerusəlim krallığında ruhani və ictimai xadimi, kral I Amorinin saray tarixçisi, səlib yürüşlərinin ən mühüm salnaməçilərindən biri.
Tirli Vilhelm | |
---|---|
fr. Guillaume de Tyr | |
![]() | |
Doğum tarixi | təq. 1130[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 29 sentyabr 1186 |
Vəfat yeri | |
![]() |
Onun ailəsinin regiona Fransadan, ya da İtaliyadan gəldiyi güman edilir.[4] Tarixçilər onun valideynlərin krallıqda məskunlaşmış "varlı tacirlər" olduqlarını ehtimal edirlər,[5] lakin onların Birinci Səlib yürüşündə iştirak edib-etmədikləri və ya sonradan region məskunlaşıb-məskunlaşmadıqları məlum deyil. Vilhelm təxminən 1130-cu ildə Yerusəlim şəhərində anadan olmuşdur. Onun ən azı Ralf adında bir qardaşı var idi. Anasının 1165-ci ildən əvvəl vəfat etməsi istisna olmaqla, ailəsi haqqında başqa heç nə məlum deyil.[6]
Vilhelm latın, fransız, yunan, ərəb, süryani və alman dillərini mükəmməl bilirdi. Tir mitropolitinin arxidiakonu və vəliəhd şahzadə Bolduinin pedaqoqu, o zaman Konstantinopol və Romadakı səfiri kimi xidmət etmişdir. 1168-ci ildə I Amori imperator I Manuil Komninlə ittifaq bağlamışdır. Vilhelm 1174-cü ildə Tir arxiyepiskopu təyin edilmiş və Yerusəlim krallığının siyasətinə rəhbərlik etməyə başlamışdır. 1179-cu ildə Romada papaların seçilməsi qaydasını təyin edən Üçüncü Lateran Şurasında iştirak etmişdir.[7]
Vikianbarda Tirli Vilhelm ilə əlaqəli mediafayllar var. |