. Love.az

Togrul Rza - Wikipedia - Love.az

Ana Səhifə - Togrul Rza
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var.
Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.

Toğrul Rza (28 oktyabr 1981, Sumqayıt) — aktyor.

Toğrul Rza
Toğrul Musa oğlu Rza
Doğum tarixi 28 oktyabr 1981(1981-10-28) (43 yaş)
Doğum yeri
  • Sumqayıt, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Ülviyyə Rza
Uşaqları Orxan Rza, Tural Rza
Atası Musa Rzayev
Anası Şükufə Rzayeva
Fəaliyyəti aktyor
Təhsili
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

Həyatı

redaktə

Toğrul Musa oğlu Rza 28 oktyabr 1981-ci ildə Sumqayıtda anadan olmuşdur. 1988-ci ildə Sumqayıt şəhərindəki 23 nömrəli məktəbin birinci sinfinə daxil olub, 1998-ci ildə oranı bitirib. Həmin ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 1-ci kursuna qəbul olunub, 2002-ci ildə Dram Teatrı və Kino aktyoru ixtisası üzrə əyani təhsilini başa vurub. Təhsil aldığı dövrdə Bakı Kamera Teatrında aktyor işləyib (2000–2002). 2002-ci ildən 2003-cü ilə qədər ordu sıralarında xidmət edib. Hərbi xidmətdən sonra 2004-cü ilə qədər Bakı Kamera Teatrında fəaliyyətini davam etdirib. Həmin ildən Bakı Bələdiyyə Teatrında çalışır. Space televiziyasında yayımlanan "Dubl-bom" verilişinin aparıcısı olmuşdur

Ailəlidir, həyat yoldaşı Bakı Bələdiyyə Teatrının aktrisası Ülviyyə Gülməmməd qızı Rzadır. İki övladı var: Orxan Rza, Tural Rza.

Filmoqrafiya

redaktə
  1. Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
  2. Qonşulaşma, qohumlaşma, kirvələşmə (2004)
  3. Girov (film, 2005)
  4. Cavid ömrü (film, 2007)
  5. Yanmış körpülər (film, 2007)
  6. Günaydın, mələyim! (film, 2008)
  7. Seçilən (film, 2008)
  8. Evləri göydələn yar (film, 2010)
  9. Vəkil hanı? (film, 2011)
  10. Ünvansız eşq (2011)
  11. Qağayı (tele-serial 2012)
  12. Toy gecəsi (serial)
  13. 5+ (film, 2014-2015) (rol: İsmayıl)
  14. 2 ömür (tele-serial, 2016–2017) (rol: Fərhad)
  15. Laləli saray (teleserial, 2017)
  16. Əli və Nino filmi (rol: Seyyid Mustafa) (2016)
  17. Ölümə qənşər filmi(rol:Rafiq Alıcanov) (2015)
  18. Uçurum serialı (rol:Rauf)
  19. Vulkanın nəfəsi (sənədli film) (2015)
  20. Kinli, xəsis, səfeh (tamaşa aztv) (2008)
  21. Qisas almadan ölmə. Keçmişdən məktublar (film, 2013)
  22. İdarə serialı (rol: Aydın)2020
  23. Sevgi serialı (rol: Faiq) 2023
  24. Əlvida xoşbəxtlik serialı (rol:Fariz) 2024
  25. Günahsız günahkar serialı (rol:Şəhriyar) 2024

İstinadlar

redaktə
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Toğrul_Rza&oldid=7910777"
LOVE.AZ