. Love.az

Tofiq Eliyev Rektor - Wikipedia - Love.az

Ana Səhifə - Tofiq Eliyev Rektor
Vikipediyada bu ad-soyadlı digər şəxslər haqqında da məqalələr var; bax: Tofiq Əliyev.

Tofiq Məmməd oğlu Əliyev (1 iyul 1928, Gəncə – 6 noyabr 1993, Bakı) — Azərbaycan alimi, texnika elmləri doktoru (1967), professor (1969), Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), hazırkı Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru (1988–1993)[1], Azərbaycan SSR əməkdar elm və texnika xadimi (1981), iki dəfə SSRİ Dövlət mükafatı (1969, 1983) və Azərbaycan SSR Dövlət mükafatı (1974) laureatı.

Tofiq Əliyev
Doğum tarixi 1 iyul 1928(1928-07-01)
Doğum yeri
  • Gəncə, Gəncə qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 noyabr 1993(1993-11-06) (65 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Elm sahələri energetika, informatika
Elmi dərəcəsi
  • texnika elmləri doktoru
Elmi adı
  • professor
Təhsili
  • Azərbaycan Sənaye İnstitutu (1945–1951)
Mükafatları "Şərəf nişanı" ordeni
SSRİ Dövlət mükafatı — 1969 SSRİ Dövlət mükafatı — 1983 Azərbaycan SSR Dövlət mükafatı — 1974 Azərbaycan SSR əməkdar elm və texnika xadimi — 1981

Mündəricat

  • 1 Həyatı
  • 2 Elmi fəaliyyəti
  • 3 Təltif və mükafatları
  • 4 Elmi əsərləri
  • 5 İstinadlar
  • 6 Ədəbiyyat

Həyatı

redaktə

Tofiq Məmməd oğlu Əliyev 1928-ci il iyun ayının 1-də Gəncə şəhərində anadan olmuşdur. 1945-ci ildə Gəncə şəhərində 4 saylı orta məktəbi qızıl medalla bitirmiş və həmin il Azərbaycan Sənaye İnstitutunun energetika fakültəsinə daxil olmuşdur.

1951-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirərək mühəndis elektrik ixtisasına yiyələnmişdir. 1967-ci ilin iyun ayında doktorluq dissertasiyasını müdafiə etmişdir.

Tofiq Məmməd oğlu Əliyev 1993-cü ildə vəfat etmişdir.

Elmi fəaliyyəti

redaktə

Tofiq Məmməd oğlu Əliyev 1988-ci ilin iyun ayından etibarən indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işlər üzrə prorektor vəzifəsinə, həmin ilin dekabrından isə rektor vəzifəsinə təyin edilmiş və 1993-cü ilə kimi bu vəzifədə çalışmışdır.

Tofiq Məmməd oğlu Əliyev 227 elmi məqalənin, 213 ixtiranın, 40-a yaxın monoqrafiyanın, dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Onun rəhbərliyi altında 5 elmlər doktoru, 38 elmlər namizədi hazırlanmışdır.

Tofiq Məmməd oğlu Əliyev Azərbaycan "Cihazsənaye" Elmi-Texniki Cəmiyyətinin sədri, Sumqayıt şəhər Xalq Deputatları Şurasının deputatı seçilmişdir.

Təltif və mükafatları

redaktə

Tofiq Əliyev 1969-cu və 1983-cü illərdə 2 dəfə SSRİ və 1974-cü ildə 1 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş, 1981-ci ildə "Azərbaycan SSR əməkdar elm və texnika xadimi" fəxri adına, "Şərəf nişanı" ordeninə layiq görülmüşdür.

Elmi əsərləri

redaktə
  • Elektrik ölçmələri: ossiloqraflar, qeyrielektrik kəmiyyətlərinin ölçülməsi, informasiyaölçmə sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. M. Qasımzadə. — Bakı, 1986.- 104 s.
  • Mikroprosessorlu ölçmə cihazları, qurğuları və sistemləri [Mətn]: dərs vəsaiti /T. Əliyev, R. Mirsəlimov, T. Həsənov; red. T. Əliyev; Azərbaycan SSR Xalq Təhsili Nazirliyi, M. Əzizbəyov adına Azərbauycan Neft və Kimya İnstitutu.- Bakı, 1989.-227 s.

İstinadlar

redaktə
  1. ↑ Əlamətdar və tarixi günlər təqvimi

Ədəbiyyat

redaktə
  • Əlamətdar və tarixi günlər təqvimi — 2013 /baş red. K. Tahirov; red. G. Səfərəliyeva; məsul katib N. Alışova; M. F. Axundov adına Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012.- 440 s.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tofiq_Əliyev_(rektor)&oldid=7308628"
LOVE.AZ