Tofiq Teyyub oğlu Mustafazadə (1 iyun 1949, Zeyvə, Dəvəçi rayonu) — Azərbaycan tarixçisi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun «Beynəlxalq münasibətlər tarixi» şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor[1], Dövlət mükafat laureatı (2012-ci il), Əməkdar elm xadimi (2015).[2]
Tofiq Mustafazadə | |
---|---|
Tofiq Teyyub oğlu Mustafazadə | |
![]() | |
Doğum tarixi | 1 iyun 1949(1949-06-01) (75 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Elm sahəsi | tarix |
Elmi dərəcəsi | tarix üzrə elmlər doktoru |
Elmi adı | professor |
İş yeri | A.A.Bakıxanov adına Tarix İnstitutu |
Alma-mater | Bakı Dövlət Universiteti |
Təhsili | Azərbaycan Dövlət Universiteti |
Tanınır | beynəlxalq əlaqələr tarixi tədqiqatçısı kimi |
Üzvlüyü | |
Mükafatları |
![]() ![]() |
Tofiq Teyyub oğlu Mustafazadə 1949-сu il iyunun 1-də Azərbaycan Respublikası Dəvəçi (indiki Şabran) rayonunun Zeyvə kəndində anadan olmuşdur. O, 1966-cı ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tarix fakültəsinə daxil olmuş, təhsil illərində əla qiymətlər aldığına görə o, K.Marks adına təqaüdə layiq görülmüşdür. 1971-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.[2]
Tofiq Mustafazadə 1971-1974-cü illərdə Azərbaycan Elmlər Akademiyası (AMEA) Yaxın və Orta Şərq xalqları institutunda laborant, ADU-nun ümumi tarix kafedrasında baş laborant, Sumqayıt şəhər və Dəvəçi rayonu orta məktəblərində tarix müəllimi vəzifələrində çalışmışdır.
1975-1977-ci illərdə Azərbaycan EA Tarix İnstitutunun əyani aspiranturasında təhsil almış, 16 dekabr, 1977-ci ildən həmin İnstitutun “Azərbaycanın Rusiya və Qafqaz xalqları ilə əlaqələri tarixi” şöbəsinə (sonralar “Azərbaycanın qonşu xalqlarla əlaqələri və xanlıqlar dövrü tarixi”) kiçik elmi işçi vəzifəsinə işə qəbul olunmuşdur.
Tofiq Mustafazadə 1 iyul, 1986-cı ildən böyük elmi işçi, 1 fevral, 1993-cü ildən aparıcı elmi işçi vəzifələrində çalışmışdır. O, 16 noyabr 1996-cı ildən 2011-ci il yanvarın sonunadək adı çəkilən şöbənin müdiri vəzifəsində işləmiş, 2011-ci il yanvarın 24-dən isə yeni yaradılmış “Ümumi tarix” şöbəsinə müdir təyin edimiş və 8 yanvar 2019-cu ilə kimi bu vəzifədə çalışmışdır. Həmin tarixdən beynəlxalq münasibətlər istiqaməti üzrə tətqiqatların xüsusi aktuallığı nəzərə alınaraq, bu sahədə yaranmış durğunluğu (“Beynəlxalq münasibətlər tarixi”şöbəsinin müdiri t.e.d.,prof. H.C.Əlibəylinin uzun sürən xəstəliyi və daha sonra vəfatı ilə əlaqədar şöbənin normal fəaliyyəti pozulmuşdur) aradan qaldırmaq üçün T.Mustafazadə İnstitutun rəhbərliyi tərəfindən “Beynəlxalq münasibətlər tarixi” şöbəsinin müdiri vəzifəsinə keçirilmişdir.
Tofiq Mustafazadə 1980-ci il iyunun 16-da namizədlik (tarix üzrə fəlsəfə doktoru), 1992-ci il iyun ayının 30-da isə doktorluq dissertasiyaları müdafiə etmişdir. O, 8 yanvar 1999-cu ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə professor elmi adına layiq görülmüşdür.
Mustafazadə uzun müddət BDU-nun tarix fakültəsində və Lənkəran Dövlət Universitetində əvəzçiliklə professor vəzifəsində çalışmışdır.
2012-ci il 25 mayda Azərbaycan Respublikasının elm sahəsində Dövlət Mükafatının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ona Dövlət mükafatı verilmişdir[3]. 2015-ci il 3 noyabr tarixində isə “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.[2]
Professor Tofiq Mustafazadənin indiyədək 264-dən çox elmi əsəri (o сümlədən 50-dən çoxu xariсdə) və metodik vəsaiti çap olunmuşdur. Onun elmi-tədqiqat fəaliyyəti çoxşaxəlidir.
T.Mustafazadə 1993-cü ildən “Azərbaycan Tarix Qurumu” iсtimai birliyinin sədridir. Onun təşkilatçılığı ilə 2007-ci ildə Tarixin metodoloji və aktual problemləri mövzusunda, 2009-cu ildə “Dünya iqtisadiyyatının inkişaf mərhələləri”, “Tarix və müasirlik”, 2011-ci ildə “Türk dünyası: dünəni və bu günü”, “Azərbaycan Respublikası: uğurlar və perspektivlər”, 2013-cü ildə ”Qafqaz müharibələri və onların nəticələri”,2017-ci ildə “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il”,2018-ci ildə ”Şərqdə ilk demokratik respublika və onun Azərbaycan tarixində yeri” mövzusunda beynəlxalq elmi konfranslar keçirilmişdir. Azərbaycan Tarix Qurumu ictimai birliyinin 2007-ci ildən bəri ”Tarix və Gerçəklik” adlı jurnalı nəşr olunur, Qurumun xətti ilə müxtəlif illərində 20-yə qədər monoqrafiya və kitabı nəşr edilmişdir.
T.Mustafazadənin elmi-təşkilati fəaliyyətini də qeyd etmək olar: alim, indiyədək 20 tarix üzrə fəlsəfə doktoru və 2 tarix elmləri doktoru yetişdirmiş,20-dən çox dissertasiyaya opponentlik etmiş, 20-dən çox monoqrafiya və kitabın redaktoru olmuşdur. 20 ildən artıq müddətdir ki, AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun müdafiə şurasının üzvüdür, hal-hazırda həm də Müdafiə Şurasının nəzdindəki Elmi Seminarın sədridir.
T.Mustafazadə həm respublikamızda, həm də xariсdə keçirilən beynəlxalq elmi konfranslarda (Moskva, Sankt-Peterburq, Həştərxan, Mahaçqala, Ankara, İstanbul, İzmir, Əskişəhər, Ərzurum, Budapeşt, Daşkənd, Tallin, Təbriz, Bişkek, Daşkənd, Kiyev, Qomel, Varşava və b.) iştirak etmişdir. Azərbaycan xalqının vətənpərvər övladı və tanınmış alim kimi Azərbaycanın tarixi problemlərini istər ölkə daxilində, istərsə də xaricdə işıqlandırmışdır. Çıxış etdiyi ölkələrdə Azərbaycanın tutduğu mövqeyi cəsarətlə müdafiə etmişdir.[2]
Vikikitabda Tofiq Mustafazadə/Biblioqrafiya/Dərs vəsaitləri və metodik göstəriciləri mövzusuna dair mətn var. |