. Love.az

Tomas Strakosa - Wikipedia - Love.az

Ana Səhifə - Tomas Strakosa

Tomas Strakoşa (alb. Thomas Fotaq Strakosha, 19 mart 1995[1][2][…], Afina) — Albaniyalı peşəkar futboçu. Yunanıstanın Super Liqa təmsilçisi AEK Afina klubunun və Albaniya milli futbol komandasının qapıçısıdır.

Tomas Strakoşa
Thomas Fotaq Strakosha
Ümumi məlumatlar
Tam adı Thomas Fotaq Strakosha
Doğum tarixi 19 mart 1995 (30 yaş)
Doğum yeri Afina, Yunanıstan
Vətəndaşlığı
  •  Yunanıstan
  •  Albaniya
Boyu 1.93 m
Çəkisi 80 kq
Mövqeyi Qapıçı
Klub haqqında məlumat
Klub AEK Afina
Nömrəsi 1
Karyerası
Gənclik karyerası
2007–2009 APOEL
2009–2012 Panionios
2012–2014 Latsio
Klub karyerası[* 1]
2013–2022 Latsio 164 (0)
2015–2016 → Salernitana (icarə) 11 (0)
2022–2024 Brentford 2 (0)
2024– AEK Afina 23 (0)
Milli yığma[* 2]
2012–2013 Albaniya Albaniya U19 6 (0)
2013–2016 Albaniya Albaniya U21 11 (0)
2017– Albaniya Albaniya 39 (0)

  1. ↑ Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 15 fevral 2025 tarixində redaktə olunub.
  2. ↑ Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 24 mart 2025 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

  • 1 Karyera
    • 1.1 Klub
    • 1.2 Milli komanda
  • 2 Uğurları
  • 3 İstinadlar

Karyera

redaktə

Klub

redaktə

Strakoşa Afina şəhərində, Albaniyalı keçmiş milli qapıçı və hazırda məşqçi olan Foto Strakoşanın ailəsində doğulmuşdur. O, həm Yunanıstan, həm də Albaniya vətəndaşlığına malikdir. Futbolçu, atasını özünün əsas ilham mənbəyi kimi göstərmişdir.

2007-ci ildə APOEL, 2009-cu ildə isə "Panionos" klubunun futbol məktəbinə qoşulur. 2012-ci ildə, 75 min avro müqabilində, İtaliyanın Latsio klubunun akademiyasına qoşulan Strakoşa[3][4], 2013-cü ildə əsas komandaya yüksəlmişdir. 2015–2016 mövsümündə Salernitana klubuna icarəyə verilmiş və burada 11 oyunda iştirak etmişdir. Latsio ilə birlikdə 2012–13 və 2018–19 mövsümlərində İtaliya Kuboku, 2017 və 2019-cu illərdə isə İtaliya Superkuboku qazanmışdır.

14 iyul 2022-ci ildə İngiltərənin "Brentford" klubu ilə üçillik müqavilə imzalamışdır. 7 oktyabr 2023-cü ildə, Mançester Yunaytedə qarşı keçirilən oyunda meydana çıxaraq, İngiltərə Premyer Liqasında debüt etmişdir.[5]

İyul 2024-cü ildə azad agent kimi Yunanıstanın "AEK Afina" klubuna keçmiş və "AEK" ilə 2029-cu ilin yayına qədər müqavilə imzalamışdır.

Milli komanda

redaktə

Strakoşa, Albaniyanın U19 və U21 milli komandalarında çıxış etdikdən sonra, 2017-ci ildə əsas milli komandada debüt etmişdir. 2024-cü ildə Albaniya milli komandasının Avropa çempionatında iştirak edəcək heyətinə daxil edilir.[6]

2025-ci ilin mart ayına olan məlumata görə, milli komandada 39 oyunda iştirak etmişdir.

Uğurları

redaktə

"Latsio"

  • İtaliya kubokunun qalibi (2): 2012/13, 2018/19
  • İtaliya Superkubokunun qalibi (2): 2017, 2019

İstinadlar

redaktə
  1. ↑ Thomas Strakosha // Transfermarkt (çd.). 2000.
  2. ↑ Thomas Strakosha // FBref (çd.).
  3. ↑ "Zyrtare: T. Strakosha te Lazio" [Rəsmi: T.Strakoşa "Latsio"da] (alban). Korneri.net. 27 may 2014 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 aprel 2025.
  4. ↑ "Lazio sign Thomas Strakosha from Panionios". Soccerfame. İstifadə tarixi: 30 aprel 2025.
  5. ↑ "Manchester United 2-1 Brentford". BBC Sport. 7 oktyabr 2023. İstifadə tarixi: 30 aprel 2025.
  6. ↑ "Albaniya millisi Almaniyaya bu heyətlə gedəcək". 10 iyun 2024. İstifadə tarixi: 30 aprel 2024.
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Tomas_Strakoşa&oldid=8119880"
LOVE.AZ