. Love.az

Topal Yusif Pasa - Wikipedia - Love.az

Ana Səhifə - Topal Yusif Pasa

Topal Yusif Paşa (ö. oktyabr 1716) — II Mustafa və III Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi.[1]

Topal Yusif Paşa
Osmanlı vəziri
Şəxsi məlumatlar
Vəfat tarixi oktyabr 1716
Vəfat yeri Dəməşq əyaləti, Osmanlı imperiyası
Həyat yoldaşı Fatma Sultan
Uşağı Safiyə xanım Sultan

Həyatı

redaktə

Sultan Əhməd və Sultan Mustafa dönəminin mühüm dövlət xadimi olan Böyük Cəfər Paşanın qardaşıdır. Əndərunda təlim-tərbiyə alaraq 1696-cı ildə Raqqa sancaqbəyliyi ilə saraydan ayrıldı. 1698-ci ildə vəzir rütbəsi aldı və Sultan Mehmedin qızlarından Fatma Sultanla nigahlandı. 1699-cu ildə Diyarbəkir, 1700-cü ildə Mosul, 1702-ci ildə yenidən Diyarbəkir, 1703-cü ildə Bağdad və Anadolu, 1704-cü ilin mayında Ərzurum, 1712-ci ildə yenidən Anadolu, 1713-cü ildə Hələb bəylərbəyi təyin edildi. Ardından Dəməşq bəylərbəyliyinə gətirildi və 1716-cı ilin oktyabrında orada vəfat etdi. Vəfatının ardından yerinə qardaşı Cəfər Paşanın oğlu Gənc Əhməd Paşa gətirildi.

Fatma Sultanla olan nigahından Safiyə xanım Sultan (ö. 1710) adlı bir qızı dünyaya gəldi.

İstinadlar

redaktə
  1. ↑ Sicill-i Osmani V, səh. 328
Mənbə — "https://az.wikipedia.org/wiki/?q=Topal_Yusif_Paşa&oldid=6908773"
LOVE.AZ